Gündəm

Mikayıl Cabbarovdan erməni nazir müavininə sərt cavab
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyan bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında "Əslində bu TRASEKA məlum məsələlər üçün nəzərdə tutulub. Amma səfər proqramı siyasiləşdirilib. Nə üçün biz Fəxri xiyabana səfər etməli idik. Biz Hesab edirik belə platformaların proqramlara salınması qəbuledilməzdir” tipli təxribat xarakterli sual səsləndirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov erməni tərəfinin bu fikirlərinə sərt şəkildə reaksiya verib:

"TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən tədbirin təşkilinə cavabdeh ölkə kimi, mədəni hissəni təşkil etdiyimizə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. İlk öncə qeyd edim ki, onlar Yerevandan Bakıya gəliblər və öz gözləri ilə hər şeyi görürlər… Başa düşürəm ki, onların gördüklərini qəbul etməsi asan deyil. İkincisi, biz konstruktiv yanaşmaya üstünlük veririk, destuktiv deyil. Bunun nəticələri dağıdıcı təsirə malik olur ki, bu da təəssüf ki, ilk növbədə qonşu ölkədə özünü göstərir. Onlar nəqliyyat, iqtisadiyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənarda qalıblar.

Burda TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb. Sizin paytaxtınızda isə, - faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin doğulduğunuz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək”.

Qeyd edək ki, beynəlxalq konfransda TRACECA-ya 13 üzv və 2 müşahidəçi ölkənin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər