Gündəm

Binəqədidə biabırçılıq: İcra hakimiyyətinin bundan niyə xəbəri olmayıb? – VİDEO

MUMtv.az: - Yanvarın 15-də Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən mebel sexində dəhşətli partlayış baş verdi. Hər kəs, lazımi olan hər bir qurum dağıntılar altında qalan insanların köməyinə tələsirdi. Amma təəssüf ki, xəsarət alanları xilas etməyə tələsən Təcili Tibbi Yardım avtomobili Binəqədinin “güllü-çiçəkli” yolunda palçığa batdı. Bunu görən şəxslər dərhal həkimlərin köməyinə qaçdılar.
Burada lap “Turp nağılı” yada düşür. Əlqərəz…

Binəqədinin ara küçələrinin “abad” olduğunu görər-görməz dərhal Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Hər zaman olduğu kimi, bu dəfə də zəngimiz və sualımız cavabsız qaldı. İnanırıq ki, görüntülərdən nəticə çıxarıb heç olmasa məhəlləarası yollara asfalt örtüyü çəkərlər.
Binəqədinin icra başçısı Elxan Allahverdiyev bu hadisədən yəqin nəticə çıxarar. Yalnız rayonun görünən küçələrini bəzəməklə iş bitmir. Arxa küçələri, gözdən-könüldən uzaq məhəllələri də səliqəyə salmağın vacibliyini yəqin hörmətli icra başçısı bilməmiş deyil.

Binəqədi bineyi-qədimdən problemli rayondur. Bataqlıqlar, qaz kəmərləri, neft buruqları üzərində minlərlə ev tikilib. Gölməçələri qurudub, ərazini vətəndaşlara satıblar. Ona görə də qurunt suların çıxmağa yeri yoxdur. Bir az yağıntı oldumu, Binəqədinin yolları keçilməz olur. Neçə icra başçısı o bataqlıqdan, o sel-su altından çıxa bilməyib.

Asfaltın yararsız olmasını qoyaq bir kənara, ortaya daha bir sual çıxır. Hadisə baş verən ərazidə olan şahidlər iddia edirlər ki, mebel sexi qaz borusunun ta üzərində tikilib. Yaxşı, bəs qaz borusunun olduğu yerdə tikintiyə kim, hansı qurum icazə verir?

Sirr deyil ki, icra hakimiyyətinin və Fövqaladə Hallar Nazirliyinin icazəsi olmadan daşı daş üstünə qoymaq mümkün deyil. O zaman niyə orada mebel sexi tikilib? Allah etməsin, sabah sexə yaxın binalarda partlayış olarsa, bunun cavabını hansı vicdan sahibi vermiş olacaq?

Təəssüf ki, bütün bu suallarımız FHN və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən cavablandırılmadı. Ümid edirik ki, icazə verən qurumlar cəzasız qalmazlar.
Allahdan həyatını itirənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirik…//Globalinfo.az



Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər