Gündəm
Gündəm
Gəncədə zibillikdə yeni doğulmuş körpə tapıldı
Gəncə şəhərində yeni doğulan uşağı zibilliyə atıblar.
Dekabrın 23-də şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş, naməlum oğlan uşağı tapılıb. Körpə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşağı vətəndaşlar taparaq xəstəxanaya təhvil veriblər: "Körpənin səhhətində nəzərəçarpacaq ciddi problemlər görünmür. Müayinələri davam etdirilir. Hazırda həkim nəzarətindədir”.
Hazırda faktla bağlı araşdırma aparılır. (qafqazinfo)