Gündəm

İstanbulda azərbaycanlı iş adamı tutuldu: onu Röya ilə nə bağlayır? (FOTO)

MUMtv.az: - Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan Albaniya pasportlu iş adamı Dionis Şahollini həbs edib.

"Habertürk”ün məlumatına görə, saxlanılan şəxsin dələduzluq və hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı polisə şikayətlər daxil olub.

Araşdırma zamanı o da məlum olub ki, Şahollinin üzərində Həmzət İsmayılovun adına Rusiya Federasiyası vətəndaşının pasportu olub. Bu hələ hamısı deyil: Türkiyə prokurorluğunun müəyyən etdiyi kimi, saxlanılan Dionis Şaholli əslində dələduzluqda təqsirləndirilən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Azad İsayevdir.

Qeyd edək ki, bu şəxs barəsində istintaq İstanbul Bakırköy və Küçükçekmece rayon prokurorluqları tərəfindən aparılır. Küçükçekmece prokurorluğunda dindirilərkən o, dələduzluq ittihamlarını rədd edib, lakin Rusiya vətəndaşlığına malik olduğunu və bu ölkədən Həmzət İsmayılovun adına pasport aldığını təsdiqləyib.

Küçükçekmece prokurorluğu tərəfindən saxlanılan şəxsin Rusiya pasportunun etibarlılığının yoxlanılması üçün müvafiq sorğular göndərilib, daha sonra o, Küçükçekmece Rayon Məhkəməsinə aparılıb və məhkəmə "Dionis Saholli” barəsində yüngül həbs qətimkan tədbiri seçərək polis nəzarətinə verib.

Daha sonra iş adamı Bakırköy prokurorluğunda dindirilib və o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. "Şaholli” istintaq orqanlarını keçmiş məşuqəsi Aişədən borca götürdüyü pulu qaytardığına inandırmasına baxmayaraq, zərərçəkmişin şikayəti əsasında Bakırköy Rayon Məhkəməsi onun həbs edilməsinə dair qərar verib.

Azad İsayev beynəlxalq axtarışa verilib

İstanbulda azərbaycanlı iş adamı tutuldu: onu Röya ilə nə bağlayır? (FOTO)

Lakin daha əvvəl prokurorluqda və məhkəmədə dindirilərkən məlum olub ki, saxlanılan şəxsin əsl adı Azad İsayevdir və o, dələduzluqda ittiham olunaraq beynəlxalq axtarışa verilib. "Dionis Saholli” bunu hər cür təkzib etsə də, eyni zamanda məhkəmədə etiraf edib ki, "uşaqlıqdan hamı ona Azad deyib”.

Prokurorluq əməkdaşları İnterpolun rəsmi saytında yerləşdirilmiş Azərbaycan vətəndaşı Azad İsayevin fotosunun "Dionis Saholli”nin görünüşü ilə oxşarlığını məhkəməyə nümayiş etdirib, bundan sonra Türkiyə prokurorluğu həbs edilən şəxsin barmaq izləri ilə bağlı Azərbaycan dövlət orqanlarına sorğu göndərib.

Müğənni Röya ilə "iş adamını” nə bağlayır?

İstanbulda azərbaycanlı iş adamı tutuldu: onu Röya ilə nə bağlayır? (FOTO)

Azərbaycan mətbuatında Azad İsayev müğənni Röyanın dostu kimi tanınır. Sosial şəbəkələrdə onların birlikdə çəkilmiş fotoları var. 1984-cü il təvəllüdlü Azad İsayev Röya və digər azərbaycanlı müğənnilərinin ifasında bir neçə mahnının sözlərinin müəllifi kimi tanınır. Nərimanov rayon polis idarəsində İsayevə qarşı dələduzluqda külli miqdarda (2 milyon manat) ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb.

Yerli mətbuat yazır ki, Azad İsayev 2012-ci ildə Azərbaycanı tərk etdikdən sonra İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətə rəhbərlik edib. 2013-cü ildə yerli internet saytlarında İsayevin İstanbulda "ağır qəzada öldüyü” barədə məlumatlar yayılıb.

Lakin bir neçə gün sonra İsayev "Twitter”də onun ölümü ilə bağlı yayılan xəbərləri təkzib edərək, həqiqətən qəza keçirdiyini, lakin sağ qaldığını bildirib.//Buta.media


Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər