Gündəm

Bakı metrosunda qiymət artımı olacaq? (AÇIQLAMA)

MUMtv.az: - Son günlər Bakı Metrosunda gediş haqqının artacağı ilə bağlı xəbərlər dolaşır.

Məsələnin nə qədər real və həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Moderator.az "Bakı Metropoliteni"QSC ilə əlaqə saxlayıb.

Bakı Metropoliteninin sözçüsü bildirib ki, gediş haqqı tariflərinə baxılması və müvafiq qərarların verilməsi Bakı Metropolitenin səlahiyyətinin xaricində olan məsələdir:

"Bakı Metropoliteninə bununla bağlı müraciət ünvanlanmayıb. Artıq sözügedən məsələyə Tarif Şurası deyil, Rəqəmsal İnkişaf Nəqliyyat nazirliyi baxır. Sərəncamda qeyd olunur ki, Maliyyə və İqtisadiyyat Nazirliyinin rəyi əsasında qanun qəbul olunur. Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir".

Qeyd edək ki, ötən günlərdə "Bakı Metropoliteni” QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov mətbuata müsahibəsində "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edildiyini vurğulayıb. Onun sözlərinə görə, edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir. Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.//qaynarinfo.az


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər