Gündəm
Gündəm
“Edam ediləcəyimi televiziyadan öyrəndim” – Keçmiş prezident
"Bu məhkəmə məndən intiqam almaq üçün quruldu”.
Bunu edam cəzasına məhkum edilmiş Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf deyib.
Müşərrəf barəsində edam cəzası verildiyini televiziyadan öyrəndiyini bildirib: "Kiməsə özünün və vəkilinin müdafiə edilməsinə icazənin verilməməsi intiqamdır”.
Müşərrəf öz müdafiəsini video əlaqə vasitəsilə qurmaq istədiyini, amma buna da icazənin verilmədiyini, haqlarının tanınmadığını vurğulayıb: "Bu, şəxsi intiqamdır. Belə bir məhkəməyə ehtiyac yox idi. Bu məhkəməni məndən intiqam almaq istəyən yüksək vəzifəli şəxslər öz səlahiyyətlərindən sui-istifadə edərək qurdu”.
Ordu və xalqa onu dəstəklədiyi üçün təşəkkür edən Müşərrəf qeyd edib:
"Qərarımı vəkillərimlə görüşdükdən sonra açıqlayacağam. Hüququn üstünlüyünə və Pakistan məhkəməsinin ədalətinə inanıram”.
Pərviz Müşərrəf Konstitusiyanı pozmaq və vətənə xəyanətdə ittiham olunaraq, edam cəzasına məhkum edilib.
Confilict.az