Hadisə
Hadisə
“06” qaçırmaq istəyən keçmiş məhkumlar saxlanıldı
Binəqədi rayonu ərazisində maşın qaçırmaq istəyən şəxs tutulub.
"MUMTV.az” xəbər verir ki, avqsutun 18-də rayon ərazisində Bakı şəhər sakini Ş.Xəlilova məxsus "VAZ-2106” markalı avtomobili qaçırmağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Rüstəmli və əvvəllər məhkum olunmuş E.Əsədli saxlanılıb.
Onların avqustun 16-da rayon ərazisindəki bir avtomobildən oğurluğa cəhd göstərmələri də müəyyən edilib./Qafqazinfo