Gündəm

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Masallı rayonun Qızılağac kəndində yeni istifadəyə verilən orta məktəb qəzalı vəziyyətə düşüb.

"MUMtv.az" bildirir ki, bu barədə Qaynarinfo-ya sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Onlar məktəbin hər an uça biləcəyini deyib:

"Məktəbə valideynlər buraxılmır. Binanın divarlarında böyük çatlar yaranıb, bir sinif otağından baxanda digər sinif görsənir. Məktəbin qəzalı vəziyyətə düşməsinin səbəbi qazanxanadakı borunun partlamasıdır. Boru partlayıb və bundan xəbərləri olmayıb. Suyun yığılması nəticəsində məktəb çöküb".

Valideynlər yerli orqanların məsələdən xəbardar olduğunu deyib:

"Yerli orqanlar məsələni ört-basdır edir, səs salmaq istəmirlər. Məktəbdə 600-dən yuxarı şagird oxuyur. Məktəb hər an təhlükəlidir. Valideynlər məsələdən çox narahatdır".

Masallı rayonun Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədov hadisəni təsdiqləyib:

"Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə və Masallı Rayon Təhsil Şöbəsinə məlumat verilib. Bu gün hər iki qurumdan gəlib məktəbə baxış keçiriləcək. Hətta məktəbi tikən şirkətə də məlumat vermişik. Onlar məktəbə baxış keçirdikdən sonra qəzanın əsl səbibi bilinəcək. Qəza elə də böyük, vəziyyət qorxulu deyil. İndi bunun səbəbini araşdırmalıyıq və vaxtında qarşısını almalıyıq. Orada təhsil alan hər bir şagird bizim övladımızdır. Bu hadisəyə biganə qala bilmərik".

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Qeyd edək ki, 22 sentyabr 2021-ci il tarixdə rayonun Qızılağac kəndində inşa edilmiş 528 şagird yerlik, üçmərtəbəli yeni məktəb binasının açılışı olub. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, təhsil nazirinin müavini Muxtar Məmmədov, 14 saylı Ərazi Maliyyə İdarəsinin rəisi Ehtiram Muxtarov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirak edib.


Son xəbərlər

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

İsrail Rəfah keçid məntəqəsini nəzarətə götürdü

İsrail tankları Rəfah şəhərinə daxil oldu

Hər 100 uşaqdan birində “sədəf” xəstəliyi var

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Bütün xəbərlər