Gündəm

Bakıda Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib - FOTO

"MUMtv.az" xəbər verir ki, Bakıda Azərbaycan Universiteti və Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib.

İnteqrativ psixososial terapevt və alternativ tibb üzrə mütəxəssis İlkanə Qoca van den Berq konfransdakı təqdimatında son illərdə əldə etdiyi kliniki təcrübəyə əsaslanaraq "Qaçqın, məcburi köçkün, ya da hər ikisi? Azərbaycanın məsələsində məcburi miqrasiyaya məruz qalmış qaçqın və məcburi köçkünlərin psixoloji sağlamlığı" mövzusundakı araşdırmasının nəticələrini təqdim edib.

Araşdırmada doğma dədə-baba yurdundan didərgin düşən və Xocalıda məskunlaşan soydaşlarımızın, türk və azərbaycanlı olmaları səbəbi ilə soyqırımına məruz qalan şəxslərin yaşadıqları psixososial çətinliklər və travmaları diqqət çəkib.

Qeyd olunub ki, tədqiqatın məqsədi 80-ci illərin sonu və 90-ci illərin əvvəllərində Ermənistan və Özbəkistan Respublikalarından məcburi köçkün kimi Xocalıda məskunlaşan insanların durumunu təhlil etmək, habelə onların psixososial vəziyyətini və ehtiyaclarını araşdırmaq olub.

Ermənistan tərəfindən doğma yurdundan qaçaraq yaşadıqları travmalara görə təsir altında olan bu soydaşlarımız, ikinci dəfə də Xocalıda yeni qurulmuş evlərindən köçürülərək daha dərin travmalara məruz qoyulublar. Müxtəlif ölkələrdən köçmələrinə baxmayaraq, onlar bənzər kompleks “Travmatik Stress Pozuntusu və Gecikmiş Kədər Pozuntusu” ilə üzləşiblər.

Üzərindən 31 il keçməsinə baxmayaraq, yaralarının hələ də tam sağalmasına nail ola bilməyiblər. Hazırda belə soydaşlarımıza sosial və psixoloji dəstəyə ehtiyac olduğu vurğulanıb.

Təqdimatın sonunda nəticələrə əlavə olaraq, təkliflər də irəli sürülüb. Beynəlxalq iştirakçıların marağını cəlb edən mövzu ilə əlaqədar suallar da cavablandırılıb.

Qeyd edək ki, sözügedən araşdırma Birlikdə Güclüyük Fondu tərəfindən dəstəklənib. Konfransda həmçinin dünyanın 30 ölkəsinin müxtəlif universitet və tədqiqat mərkəzlərinin araşdırmaları da təqdim edilib.//adalet.az

Bakıda Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib - FOTO

Bakıda Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib - FOTO

Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər