Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət
Ali Məhkəmənin 1,8 milyonluq tenderinin qalibi – BU ŞİRKƏT OLDU
Azərbaycan Respublikası Ali Məhkəməsi “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati binasında İT infrastrukturunun yenilənməsi və texnoloji avadanlıqların satınalınması” tenderinin nəticələrini elan edib.
"MUMtv.az" FED.az-a istinadən xəbər verir ki, tenderin qalibi “İnfinitech” MMC olub.
Şirkətlə 1 805 731 manat məbləğində müqavilə imzalanıb.