Gündəm

Nazirliyə 400 minlik mal satdı, vergi borcunu ödəmədi - Həbs edildi

Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) yaradan şəxs həbs edilib.

"MUMtv.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1985-ci ildə Bakı şəhərində anadan olmuş Emil adlı sahibkar direktoru olduğu "Terminal-Ko" MMC vasitəsi ilə 2020-ci ildə Ədliyyə Nazirliyinə təxminən 400.000 manat dəyərində təsərrüfat, inşaat malları və qida məhsulları satıb. Emil həmin məhsulları əsasən hazırda xatırlamadığı Bakıda malların topdan satışı ilə məşğul olan şəxslərdən alaraq, Ədliyyə Nazirliyinə satışını həyata keçirib.

MMC rəhbəri həmin ildə "Terminal-Ko" MMC-nin hesabına gələn pullara görə yaranan vergiləri ödəmək əvəzinə, onları başqa işlərinə yönəldib, vergiləri sonra ödəyəcəyinə ümid edib. Lakin sonra problemləri çıxdığına görə vergiləri ödəyə bilməyib və müvafiq orqana boş bəyannamə verərək və ya ümumiyyətlə hesabat verməyərək, 2020-ci ilin fevral ayı üzrə 73639,79 manat məbləğində əlavə dəyər və həmin il üzrə 50766,08 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 124405,87 manat vergi borcu olub.

Bundan sonra Emil müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bu səbəbdən barəsində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Emil sözügedən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il ərzində dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.


Son xəbərlər

"Vosmoy bazarı" ləğv olunur

"Bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq" - AÇIQLAMA

“Çirkli pul”lara” amnistiya:”İş adamlarını qorumaq üçün...” - AKTUAL

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi təxirə SALINDI

Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz - RƏSMİ

2024-cü il dünya tarixində "ən isti il" olacaq

Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr

Buğda istehsalçılarına aldığı kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək

Prezident Rusiya ilə bağlı olan sazişi təsdiqlədi

Mirzoyan və Lavrov qapalı görüş keçirir

“Eşq mələyi” - Qadın həbsxanasında kitab təqdimatı // FOTO

Laçından Zabuxa avtobus marşrutu açılacaq

Ölkənin psixoloq bəlası - “bazar var, gəlim” fəlsəfəsindən necə qurtulaq....

Prezidentə və Birinci Vitse-Prezidentə Xətai rayon Məhkəməsindən şikayət. Tapşırıqla işləyənlər!-VİDEO

"Ermənistan dost ölkədir" - Kreml

Prezidentdən 5 milyonluq SƏRƏNCAM

Maliyyə Nazirliyinin AQTA-ya verdiyi mühüm sənəd yoxa çıxdı

"SİPARK" MTK sakinləri süründürür - VİDEO

Bakıda 10 yaşlı şagird qızılcadan ÖLDÜ

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi

Bu il aqrar sahəyə nə qədər kredit və güzəşt ayrılacaq? - Nazir AÇIQLADI

Şəhid Elmaz Hacıyevin anım günü keçirildi - FOTO // VİDEO

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası 

Sabah güclü maqnit qasırğası olacaq

İtaliya bu ölkə üçün F-35 qırıcıları istehsal edəcək

"İndi pul istəsək, ağlayacaq" - Putin nazirlə zarafat etdi

"Azərbaycan belə formatı davam etdirmək istəmir" - Ruben Babayan

Nazarbayev ikinci ailəsinin olduğunu etiraf etdi

Fransada nazirlərə WhatsApp və Telegram-dan istifadə qadağan edildi

Qaraheybətdə helikopter qəzasından 2 il ÖTÜR

Ərdoğan bu gün BƏƏ-yə səfər edəcək

Bütün xəbərlər