Gündəm

Deputatlığa namizəd mandat qazanmaq üçün 888 manatlıq şam yandırdı - Bakıda ilginc olay

Bakıda qab yuyan işləyən "Katya" ləqəbli "ekstrasens" Ekaterina Aleksandrovna keçmiş deputatlığa namizədə qarşı da dələduzluq edib.

"MUMtv.az"ın Qaynarinfo-ya məlumatına görə, Ekaterina Aleksandrovna keçmiş deputatlığa namizəd Xuraman Qədimovanı (soyad şərti) ekstrasenslik fəaliyyəti ilə məşğul olmasına inandıraraq, şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyini bildirib. Ekaterina Aleksandrovna "şər qüvvələrdən" təmizlənməsi adı ilə Xuraman Qədimovanın 2020-ci ilin yanvar ayında 300 manat dəyərində qab-qacaq, həmin dövr üçün 1190 manat təşkil edən 700 ABŞ dolları, 777 manat, 840 manat, 3400 manat, 1900 manat və digər məbləğlər olmaqla ümumilikdə 8231 manat pulunu ələ keçirib.

Ekaterina Aleksandrovna izahatında bildirib ki, Xuraman Qədimova evinə gəlib, o da şəkilə baxaraq, nə görübsə, onu deyib. Qeyd edib ki, Xuraman Qədimova ona deputat olmaq istədiyini və bunun arzusu olduğunu bildirib: "Bundan əvvəl bir dəfə də namizəd olub, amma seçilməyib. Xuraman xanım dedi ki, "nə etməliyəm yuxarı vəzifəli məmurlar məni görsün?" Mən də dedim ki, bu, alınan iş deyil".

"Ekstrasens" bildirib ki, Xuraman Qədimova sırf "özünün təmizlənməsi" üçün ona 750 dollar verib, şamlara görə isə ona 888 manat ödəyib: "Xuraman xanımdan əlavə olaraq 2000 manat götürdüyümü də təsdiq edirəm. Digər məbləğlər olmayıb".

2020-ci ilin fevral ayının 9-da keçirilən seçkilərdə namizəd olsa da, deputat seçilə bilməyən Xuraman Qədimova "ekstrasens" barəsində şikayətçi olub.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens Ekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Son xəbərlər

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Bütün xəbərlər