Gündəm

Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xaqani Əkbərov və Nüranə Əkbərova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan olunmuş, X.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, N.Əkbərovanın 16 həftəlik hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Yəni, faktiki ikisi də məsuliyyətə cəlb olunub.

Amma teleaparıcı Xoşqədəm Hidayətqızı hüquq-mühafizə orqanlarının, polis və prokurorluğun fəaliyyətinə müdaxilə edərək, hər gün N.Əkbərovanı canlı efirə çıxarır, yanında oturdur.

Halbuki, uşaqlara işgəncə vermiş bu qadın polis nəzarəti altındadır və qətimkan tədbiri seçilib. X.Hidayətqızı isə az qala onu məsum, günahsız biri kimi təqdim eləsin. Bununla ictimai rəyi qəzəbləndirən, polisi az qala cəmiyyətin gözündə günahkar çıxaran, nifrət yaradan teleaparıcı milyonların qarşısında hansı yanlışlığa yol verdiyinin fərqində deyil.

X.Hidayətqızı hər gün N.Əkbərovanı efirə çıxarmaqla istintaqın işinə mane olduğunu anlamalıdır. Bilməlidir ki, uşaqlara işgəncə verməkdə təqsirli bilinən bir adam bu dərəcədə cəmiyyətin önünə çıxarıla bilməz.

Amma ondan narazılıq təkcə bu işinə görə deyil. Tanınmış şairə Nazilə Səfərli prezident İlham Əliyevə müraciətində bildirib ki, Xoşqədəm onun universitet tələbəsi olan övladlarını təqib etdirir. N. Səfərli övladlarının həyatının təhlükədə olduğunu bildirərək dövlət başçısından kömək istəyib.

N.Səfərli deyib ki, əgər Xoşqədəm kimisə araşdırmağa başlayıbsa, mümkün deyil ki, bu xoşməramlı olsun: "Xəzər TV”nin içərisində sən bu atı necə oynadırsan? Sən "Xəzər”in "krışa”sının altında proqram aparırsan. Bu sənin efirin olmasa, sən kimsən? Mənim xınam da olmasa, toyum da olmasa, mən Naziləyəm.

Onun özünə bu dəqiqə mən lazım deyildim. Və bu araşdırma dünən, ya srağagündən başlamayıb. Artıq neçə insandan soruşulandan sonra "siqnal” verilib”.

Qeyd edək ki, onun efirində neçə dəfə fırıldaqlar saxtakarlıqlar üzə çıxıb, reklam etdiklərinin yalanları faş olub. Elə bir müddət əvvəl "Səni axtarıram” verilişində iştirak etmiş Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsininnin müdiri Dr. Mircəlal Kazıminin saxtakarlığı üzə çıxmışdı.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər