Gündəm

“Sülh sazişi imzalanandan sonra da təxribatlar olacaq, toqquşmalar baş verəcək” - GƏLİŞMƏ

Kanal14.az: - Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh sazişi məsələsinə toxunub. Paşinyan qeyd edib ki, əgər Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasa, bu, heç vaxt sülhün olmayacağı anlamına gəlir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Baş nazir yenidən “Dağlıq Qarabağ” ifadəsi işlədib.

““Dağlıq Qarabağdakı vəziyyət həmişə “Dağlıq Qarabağ hakimiyyəti”nin nəzarətində olub. Ən azı 2018-ci ildən bəri bu belədir. Bu gün də Qarabağdakı vəziyyətə oradan “seçilmiş” nümayəndələr nəzarət edir”, - deyə Paşinyan vurğulayıb.

Sentyabrın 2-də Qarabağdakı qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Paşinyan təbrik ünvanlayıb ki, bu, erməni Baş nazirin növbəti təxribatçı addımı sayılır. Azərbaycanın ərazi bütövlüyünü tanımasını deyən Paşinyanın “Dağlıq Qarabağ hakimiyyəti” sözləri və qondarma separatçı rejimə təbriki zidiyyət təşkil edir. Ekspertlər bildirirlər ki, Paşinyan bu bəyanatları ilə Ermənistanın Azərbaycana qarşı hələ də ərazi iddiasının qaldığını nümayiş etdirib. Bu isə İrəvanın növbəti müharibə elanı kimi qiymətləndirilir.

Politoloq Qədir Aslan isə hesab etmir ki, Paşinyan Azərbaycana qarşı müharibə elan etdi.

Analitik AYNA-ya müsahibəsində qeyd edib ki, Paşinyanın çıxışı, ifadələri daxili auditoriya üçün nəzərdə tutulub:

- Sentyabrın 17-də İrəvan merinin seçkiləri keçiriləcək. İndi Nikol partiyasının namizədinin qalib gəlməsi üçün əlindən gələni edir. Digər tərəfdən, Paşinyan müsahibəsində Praqa razılaşmasından danışır, İrəvanın sülh gündəliyinə sadiq olduğunu bəyan edir. Həmçinin Paşinyanın sözçüsü Manukyan dəfələrlə bəyan edib ki, İrəvan sülh gündəliyindən çıxmır,d anışıqlarda maraqlıdır.

Onu da nəzərə almaq lazımdır ki, Paşinyanın indi iki istiqamətdə siyasət həyata keçirir. Birincisi, Azərbaycanla münasibətlər, Qarabağ məsələsinin həllidir, ikincisi Ermənistanı Rusiyanın orbitindən çıxarmaq istiqamətində addımlardır. Ona görə də, düşünürəm ki, Paşinyanın daxili auditoriya üçün hesablanmış açıqlamaları bizi o qədər də narahat etməməlidir. Bütün dünya da başa düşür, Paşinyan hakimiyyəti və şəxsən Nikolun özü də anlayır ki, Azərbaycanla yeni müharibə Ermənistanın dövlət kimi yox olması ilə nəticələnəcək.

Bildirilir ki, Paşinyanın dedikləri müharibə elanıdır və s. Mən düşünürəm ki, onun açıqlamasını bu yöndən şərh etmək doğru deyil. Hətta belə dəyərləndirmə Azərbaycanın özü üçün zərərlidir, regionda sülhün əleyhinə olan qüvvələrin maraqlarına uyğundur.

- Amma Paşinyanın bu bəyanatı ilə paralel olaraq Ermənistan ordusu sərhəddə təxribat törətdi, toqquşmalar baş verdi…

- Mən demirəm ki, toqquşmalar olmayacaq. Toqquşmalar olacaq, mütəmadi olaraq davamlı təxribatlar baş verəcək. Hətta sülh sazişi imzalanandan sonra da təxribatlar olacaq, toqquşmalar baş verəcək”. Bəziləri iddia edir ki, sülh sazişi imzalandı, vəssalam, sülh şəraitində yaşayacağıq. Xeyr, elə deyil. Bir sənədin imzalanması ilə iki xalq arasında əsrlərdir davam edən mübarizə, nifrət, kin aradan qalxa bilməz. Ermənilərdə bizə qarşı nifrət davam edir. Bu nifrət erməni ordusunda da var, dövlət idarəetməsində də var, cəmiyyətdə də. Biz bunun qarşısını bir sazişlə ala bilmərik. Sabah sülh imzalansa da, birigün toqquşmalar baş verəcək. Hansı ki, Ermənistanda revanşist qüvvələr var və onlar sülhün qəti əleyhinə olduqlarını hər zaman bəyan edirlər. Onlar dinc dayanacaqlarmı? Mən şəxsən buna inanmıram.

Bütün hallarda, sülh danışıqları davam etməlidir, addım-addım sülhə yaxınlaşma baş verməlidir. Rəsmi Bakının mövqeyi bəllidir. Azərbaycan yeni müharibədə maraqlı deyil. Ərazilərimizi işğal etdilər, 30 il işğalda saxladılar. Danışıqlarla məsələ həll edilmədi, 44 gün ərzində Azərbaycan Ordusu əraziləri işğaldan azad etdi, bununla da işğala son qoyuldu. Azərbaycan Prezidenti də bəyan edib ki, biz döyüş meydanında gücümüzü göstərdik, ərazilərimizi azad etdik, müharibə bitdi. İndi Azərbaycan Ermənistana barış əli uzadıb. Ermənistanın hazırkı rəhbərliyi də anlayır ki, bu barışa getməlidirlər, əksi Ermənistanın məhvi deməkdir. Dediyim kimi, toqquşmalar isə zaman-zaman olacaq, bu, təəccüblü deyil.

- Revanşistlər dedikdə hazırda Ermənistanda müxalifətdə olan keçmiş rəhbərlik – Köçəryan-Sarkisyan cütlüyü yada düşür. Son zamanlar Ermənistanda bu cütlüyün Paşinyana qarşı fəaliyyəti artıb, bəyanatları çoxalıb. Eyni zamanda, Azərbaycanla yeni müharibə ritorikasında danışırlar. Məlumdur ki, bu siyasi qüvvələrin arxasında Rusiya dayanır. Moskva Ermənistanda nə etmək istəyir?

- Nəzərə almaq lazımdır ki, erməni cəmiyyəti Köçəryan-Sarkisyan rejimini görüb və onlara inam, dəstək yoxdur. Az bir kəsim erməni müxalifətini dəstəkləyir ki, bununla onlar nəyəsə nail ola bilməzlər. Amma dediyiniz kimi, burada Rusiya amili var. Sual budur ki, Rusiya Paşinyanı devirməkmi istəyir? Əgər bir il əvvələ qədər Paşinyanın hakimiyyətdən getməsi Rusiya üçün əhəmiyyətli idisə, indi o qədər də əhəmiyyətli deyil. Köçəryan-Sarkisyan cütlüyündən Rusiya Paşinyana təzyiq vasitəsi kimi istifadə edir. Moskva anlayır ki, erməni cəmiyyəti onun dəstəklədiyi müxalifləri qəbul etmir. Ona görə də Rusiya siyasətində dəyişiklik edib. Beynəlxalq güclər, həm ABŞ, həm Rusiya, həm də digər qlobal güclər Suriyada hansı siyasəti həyata keçirdilərsə, Rusiya indi Ermənistanda o siyasəti həyata keçirmək yolunu tutub. Məsələn, Suriyada Əsədi devirmədən öz məqsədlərinə nail oldular. Moskva Paşinyanı devirmədən gərginliyi pik həddə çatdıraraq nəzarət edə biləcəyi xaos yaratmağa çalışır. Sonra isə control edə biləcəyi xaosu alver predmetinə çevirəcək. Həmin alveri də Azərbaycanla, Türkiyə ilə, Azərbaycanın müttəfiqləri ilə, regiona gəlmək istəyən digər qüvvələrlə etmək niyyətindədir. Rusiya yeni yümahribə yarada bilmir, amma gərginliyi artırır. Faktiki olaraq indi regionda savaş və ya barış qərarını rəsmi Bakı verir. İki yüz il idi ki, belə deyildi. Regionda müharibə xaricdən gələn göstərişlə olurdu. İndi Rusiyanın əlində bu rıçaq yoxdur. Yeganə rıçaq gərginliyi artırmaq, toqquşmalar yaratmaqdır ki, bunu da müşahidə edirik.


Son xəbərlər

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Bütün xəbərlər