Gündəm
Gündəm / Cəmiyyət
Dəmiryollarında İŞƏGÖTÜRMƏ ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu
"Bu Azərbaycan Dəmiryolları idarəsi insan resursları şöbəsindən şikayətçiyəm".
"MUMtv.az" DİA.AZ-a istinadən bildirir ki, bunu ölkə rəhbərliyinə müraciətində qeyd edən Bakı sakini Natiq Abdullayev düşdüyü vəziyyətlə bağlı səbr kasasının daşıdığını bildirir.
Narazı vətəndaşın şikayətini təqdim edirik:
"Dəfələrnən imtahan verib qəbul olmağıma baxmayaraq, hər dəfəsində məni ehtiyat bazalarına atırlar. Və o müddət bitir (6ay), sonra bütün imtahan nəticələrim sıfırlanır. Yenə bu ilin mart ayında imtahan vermişəm, amma ki bir çağırış yoxdu. Zəng edirəm, deyirlər ki Islahatlarnan əlaqəli işə qəbul bağlanıb.
Mən indi Prezidentə və ya Mehriban Əliyevaya şikayət ərizəsi yazmaq istəyirəm. Men bezdim bu qurumun qeyri-şəffaf işə qəbul prosesindən.."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.