Gündəm

İsgəndər Rəşad Dağlıya hansı mesajları yazmışdı?

Xəbər verdiyimiz kimi, iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"MUMtv.az" qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən öncə İsgəndərin Rəşada yazdığı mesajların motivləri bəlli olub.

Məlum olub ki, Rəşad Dağlı nömrəsinin çox yayıldığı ərəfədə telefonunu bir müddət bağlı saxlayıb. Bu zaman isə İsgəndər Rəşadın qardaşına zəng edərək onu axtardığını bildirib. 

Rəşad Dağlı isə İsgəndərin onu axtardığını öyrənəndə, əvvəlcə onu tanımayıb, meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu olduğunu biləndə tanıyıb. Lakin İsgəndər Mehdiyevin narkotik satışına görə dəfələrlə məhbus həyatını yaşadığını bilən Rəşad, onu ciddiyə almadığını deyib.

İsgəndərin israrlarından sonra Rəşad ona zəng edib. İsgəndər isə türmədə olanda bir nəfərin Rəşad Dağlı haqqında “üzdəniraq” ifadəsini işlətdiyini deyib. Rəşad Dağlı İsgəndər Mehdiyevə “üzdəniraq” söhbətinin kim tərəfindən edildiyini, bu şəxsi ortaya çıxarmasını, onunla görüşüb söhbəti aydınlaşdırmaq istədiyini deyib. İsgəndər isə həmin şəxslə görüşməyin lazım olmadığını bildirib. O, Rəşada bu söhbəti özünün edəcəyini deyib. 

Rəşad Dağlı söhbəti ciddiyə almadığı üçün telefonu söndürüb. Daha sonra telefonu açanda İsgəndərin ona mesajlar yazdığını görüb:

- “Qaqaş, mənəm İsgəndər. Qaqaş, mən sənə çox dedim, sən az eşitdin. Mən hara kimi lazımdır, səni müdafiə etdim. Rəşad, “üzdəniraq” söhbətin gedir. Nə qədər tezdir, gəl qabağını al”. 

- “Qaqaş, nə oldu, razılaşdın? Yəni, bu olub? Rəşad, mən üç gündür ki, səni müdafiə edirəm. Sən də gəl mənə dəstək ol. Gəl, tək mənlə görüşəcəksən. Sadəcə, görüşək, bir-iki şey var ki, onları sən bilirsən”.

“Rəşad, o boyda mövzu gedir, sənin üçün heç maraqlı deyil. Mənə təcili zəng elə, gözləyirəm”.

“Rəşad, sən gəlməsən, məcbur olub məhlədən bir-iki nəfəri götürüb söhbətə gedəcəm. Dua elə söhbətimiz sülhlə qurtarsın”.

Rəşad İsgəndərin bu mesajlarından sonra onun Yasamalda lazımsız söhbətlər çıxaracağını düşünərək görüşə razılaşıb. İsgəndər bu zaman ona “boş” gəlməməsini deyib.

Rəşad görüş zamanı İsgəndəri başmaqla görüb və ona “başmaqla söhbətə gedərlər?” deyib. İsgəndər isə “narahat olma” deyərək Rəşadın maşınına əyləşib. 

Rəşad yolda təkidlə ondan ad soruşsa da, İsgəndər ona heç nə deməyib. O, Rəşada həmin adamla özünün görüşməsinə ehtiyac olmadığını deyib:

“Həmin adamın problemi var, ona altı min manat lazımdır, həmin şəxs üç min manat tapıb, üç min manatı isə qalıb. Üç min manat versən, söhbət bağlanar”.

Rəşad isə cavabında “mən üç min versəm, “üzdəniraq” olmuram, verməsəm, oluram?” sualını verib. Rəşad bundan sonra həmin adamın yanında getməyi tələb etsə də, İsgəndər bundan boyun qaçırıb. O, İsgəndərə “bunun mənə heç bir aidiyyəti yoxdur, bu sözü dəyənlərin yanına gedək, biz buna görə görüşdük axı” deyib.

İsgəndər isə “bir nəfərin də belə söhbəti gedirdi, həmin söhbət pulla həll olundu” sözlərini deyib. Rəşad pul verməyə etiraz edərək, “gedək bu sözü deyənlər mənə bunu sübut etsin” söyləyib.

Rəşadın sözlərinə görə, İsgəndər pul ala bilməyəcəyinə əmin olduqdan sonra, onun ünvanına ağır söyüşlər söyüb. Rəşadın iddiasına görə, İsgəndər maşının sürətlər qutusunun yanına qoyulan bıçağı əlində oynadırmış. Bıçağı da onun əlindən alaraq İsgəndəri vurduğunu deyib.

Rəşad bildirib ki, İsgəndər bu söhbəti pula görə ortalığa atıb. Bu, SMS-lərdə də öz əksini tapıb. 

Qeyd edək ki, məhkəmə zamanı İsgəndər Mehdiyevin yaxınları Rəşad Dağlıdan şikayətçi olmayıb.

Son xəbərlər

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bütün xəbərlər