Gündəm
Gündəm / Cəmiyyət / Hadisə / Dünya
Misirdə naməlum xəstəlik aşkarlandı
Misirin Qena əyalətinə aid El-Əlikat kəndinin sakinlərində naməlum virus aşkarlanıb.
"MUMtv.az" xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat verib.
Bildirilir ki, xəstələr yüksək hərarət, sümük ağrıları, qusma və başgicəllənmədən şikayət edirlər. Lakin heç bir halda xəstəxanaya yerləşdirmə tələb olunmayıb.
"Şikayətləri öyrənmək üçün profilaktik və tibbi yardım və epidemioloji nəzarət üzrə qruplar göndərilib, xəstələrdən analizlər götürülüb", - Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.