Gündəm


Mina təmizlənməsini BİZNESİNƏ ÇEVİRİB - İDDİA

MUMtv.az:  -  Haqqında bəhs edəcəyimiz dövlət qurumu barəsində qısaca məlumat verək. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA - Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən Mina Təmizləmə Agentliyi və İcra Orqanı.

Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). Ərazilərimiz işğaldan azad olunandan sonra hətta ANAMA-nın regional idarələri (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) yaranmağa başlayıb. Hər idarənin özünün xeyli işçisi, mütəxəssisləri olacaq. Hətta bir müddət əvvəl qurum xeyli sayda həkim-terapevti, həkim-anestezioloq-reanimatoloqu, həkim-travmatoloq-ortoped və s üçün iş elanı vermişdi.

Sözümüzün canı odur ki, ANAMA vacib dövlət quurmlarından biridir. Amma təəssüf ki, qurumda neqativ hallar baş verir. Məsəslən, bir neçə ay öncə Hesablama Palatası qurumda keçirdiyi auditin nəticəsini açıqlamışdı. Açıqlamadan bəlli olur ki, qurum öz üzərinə düşüən vəzifəni yerinə yetirə bilmir, xeyli mənimsəmələr var, hətta konkret olaraq söhbət 3 milyon 297 min manat dövlət vəsaitindən gedir. Qurum aldığı malların qiymətlərini xeyli şişirdir. 504 min manat dövlət büdcəsinə vergi ödənilməyib, 29 milyon manat məbləğində ödənişlərin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsinə yol verilib və daha nələr.

Bütün bunlardan əlavə son bir neçə ayda xeyli sayda vətəndaşımızın minaya düşərək həlak olması da qurumun fəaliyyətindəki ciddi problemdir. Hər gün oxuyuruq ki, filan bölgədə sakinlər, yaxud hərbçilər minaya düşüb. Görəsən ANAMA nə üçün üzərinə düşən işin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Çünki…

Birinci başa düşmək lazımdır ki, ANAMA haradasa hərbiləşmiş, hərbi təyinatlı qurumdur. Amma ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan köhnə dostlarını, tanışlarını gətirib ANAMA-ya doldurub. Bu adam anlamır ki, ekologiya hara mina təmizləmək hara..?

Burada daha çox hərbçilər çalışmalıdır. Məsələ orasındadır ki, ANAMA-nın sədri özü də bu sahə üzrə mütəxəssis deyil. Bəli, “minatəmizləyənlərin böyüyü” Vüqar Süleymanov tarix müəllimidir. Əgər şübhəniz varsa, buyurun tanış oldun. Vüqar Süleymanov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində tarix müəllimi olub. Sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri olub. 2021-ci ilin fevral ayından isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. İndi özünüz fikirləşin. Əlavə şərhə ehtiyac varmı..?

Deməli, belə davam edərsə, hələ çoxumuz minaya düşəcəyik.
P.S. Ekologiyadan mina təmizləməyə gedən Sevda xanımın iş prinsipi haqqında növbəti sayımızda.... //gundelik-baku.com//

Son xəbərlər

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bütün xəbərlər