Gündəm

Zelenski Baxmut uğrunda mübarizənin vacibliyini vurğulayıb

MUMtv.az” “Amerikanın səsi” Radiosunun Twitter paylaşımına istinad edərək xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Associated Press agentliyinə müsahibəsi zamanı şərqdəki Baxmut şəhəri uğrunda mübarizənin vacibliyini vurğulayaraq, Ukraynanın oradakı məğlubiyyətinin beynəlxalq ictimaiyyətin və bəzilərinin onun Rusiya ilə güzəştə getməsi üçün təzyiq göstərməsinə gətirib çıxaracağını deyib.

Zelenski bildirib ki, Rusiya qoşunları Ukraynanın bütün ərazisindən çıxarılana qədər Ukrayna Rusiya ilə sülh danışıqlarına getməyəcək. Keçən il genişmiqyaslı işğalına başlayandan bəri Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etdiyi barədəki iddiası BMT Baş Assambleyası tərəfindən qeyri-qanuni hesab edilib.

Qərb müttəfiqləri Baxmutu itirmənin bir o qədər əhəmiyyətli olmadığını, Ukraynanın bu itkisinin ümumi münaqişəyə böyük təsir göstərməyəcəyini deyib.

Lakin Zelenski Associated Press-ə deyib ki, mübarizədə hər qarış mühümdür.

Zelenski Associated Press xəbər agentliyinə müsahibəni Ukraynanın şimal-şərqindəki Sumı də daxil olmaqla, qatarla cəbhə xətti boyunca bir neçə bölgəyə gedərkən verib.

"Region düşmənin yaxınlığındadır. Daim təhlükə var. Sərhədimiz davamlı atəşə tutulur. Lakin həyat, xalqımız açıq-aydın bütün qorxulardan güclüdür" - deyə, Zelenski özünün növbəti gecə video-müraciətində bildirib.

Zelenski şiddətli döyüşlərin getdiyi Oxtırka və Trostyanets şəhərlərinin rəsmiləri və sakinləri ilə görüşüb. Associated Press xəbər verir ki, işğaldan qısa müddət sonra Rusiyanın nəzarəti altına keçən Trostyanets 2022-ci ilin martın 26-da Ukrayna qoşunları tərəfindən azad edilib.

O, həmçinin Rusiya sərhədi yaxınlığındakı adı açıqlanmayan yerə gedib və sərhədçilərlə görüşüb.

"Mənim Sərhəd Xidməti-nin rəisi ilə də xüsusi söhbətim olub. Biz Sumın və digər bölgələrimizin müdafiəsi haqqında, ordumuzla birlikdə cəbhədə döyüşən sərhədçilərin gücləndirilməsi barədə danışdıq" Zelenski deyib .

MUMtv.az
N.Məmərli


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər