Gündəm


“Azərbaycanda ermənilərə - faşizmə yaxın münasibət var”

Elbəy Həsənli istedadlı jurnalistdir. O. İsveçrədə yaşayır. Dünyanın bir sıra qəzetlərində çıxış edir. Sosial çəbəkələrdə, o, cümlədən, facebook və tvitter səhifələrində maraqlı, orjinal və diqqət çəkən paylaşımlar edir.

Həmin yazılardan birini oxucularımıza təqdim edirik.

Lütfən, bu sitata diqqət edin: “Azərbaycanda demokratiya və insan haqlarını müdafiə edənlərin çox azı Azərbaycanda ermənilərə qarşı dehumanizing (insanları insanlıqdan çıxaran qorxu vasitəsi ilə qəddar idarəetmə ) nativist (yerli xalqı gəlmələrdən üstün tutan düşüncə) və faşist yanaşmaya yaxın münasibətə meydan oxumağa və dəyişməyə cəhd göstərib”.

Bu fikri bir az bəsit ifadə edim: Deyir ki, tutaq ki, Azərbaycanda 100 nəfər demokratiya və insan hüquqlarını müdafiə edən fəal varsa, onlardan yalnız 3-5 nəfəri ermənilərə münasibətdə Azərbaycanın yeritdiyi qorxuya söykənən qəddar idarəetməni, şovinizmə və faşist yanaşmaya yaxın davranışa qarşı çıxır. Azərbaycanda demokratiyadan danışanların 95-97 faizi “saxta” demokratdır. Təbii ki, müəllif özünü də o 3-5 əsil demokratdan biri hesab edir...

Mən Qərb mətbuatında belə şeylər çox oxuyuram. Amma... Adətən Azərbaycana qarşı bu qədər nifrət və qəzəbi ya ermənilər, ya da erməni yanlıları ortaya qoyur. Amma bu məqalənin müəllifi azərbaycanlıdır. Kimdir o? Bahruz Samadov Qərbin Cənubi və Şimali Qafqazdakı təbliğat mərkəzi olan “oc-media.org” saytında “Azerbaijan needs an alternative to nationalist militarism” (Azərbaycana millətçi militarizmə alternativ lazımdır) adlı məqaləsində belə yazır.

Oxşar fikirləri ermənilər yazanda o qədər də təsirli olmur. Ancaq bir azərbaycanlı öz ölkəsini faşizm, militarizm və şovinizm də ittiham edəndə təbliğat daha cəlbedici görünür...

Bahruz Samadov daha sonra yazır ki, Respublikaçı Alternativ Partiyasından (ReAl) Natiq Cəfərli Laçın dəhlizinin bağlanması faktını inkar edir və Dağlıq Qarabağda son eskalasiyaya haqq qazandırır. Blokadaya ərazi bütövlüyü prizmasından yanaşma onları Azərbaycanda insan haqlarının vəziyyətini “unutmağa” məcbur edir.

Erkin Qədirli və Xədicə İsmayıl kimi Qərbin dəstəklədiyi bəzi fəallar isə Dağlıq Qarabağ münaqişəsindən dolayı insan haqları gündəmini ört-basdır edirlər. Məsələn, Xədicə İsmayıl iddia edir ki, region erməniləri Azərbaycanın demokratik ölkə olduğu 1992-ci ildə Azərbaycanın suverenliyini qəbul etməli idi. Elçibəyin prezidentliyi dönəmində Azərbaycanın həmin il Martakertdən (Ağdərə) çoxlu ermənini didərgin salmasına görə məsuliyyət daşımasına məhəl qoymamalı lazım deyildi.

Yəni Elçibəy də demokrat-filan-zad olmayıb. Dağlıq Qarabağa görə 40 minə yaxın insanın ölümündə də erməni separatizminin zərrə qədər günahı yoxdur. Bütün problemlərin kökündə Azərbaycanın ta əzəldən Qarabağ ermənilərinə faşizmə söykənən yanaşması dayanır...
Müəllif Bəxtiyar Hacıyevi də ittiham edir. Deyir ki, o da II Qarabağ Müharibəsində millətçi mövqedə durmuşdu. Demokratia və insan hüquqların unutmuşdu: “Hacıyev hərbi zorakılığı pisləmək əvəzinə millətçiyə çevrildi... həm də Azərbaycan millətçiliyinin insanlıqdan uzaqlaşan yanaşmasına qoşuldu”...

Müəllif daha sonra yazır: “İndiki rejim (yəni İlham Əliyev) keçmiş Azərbaycan hökumətlərinin (Əbülfəz Elçibəy) ən pis elementlərini qəbul edir; təslim olmağı (ermənilərdən) tələb edir və təslim olmaqdan imtinanı cəzalandırır, biz bunu Laçın dəhlizinin blokadasından da görürük”.

Vallah, heç erməni dığaları bu qədər qərəzli yaza bilmirlər. O da aydındır ki, belə yazarları Qərb bəlli üsullarla öz əhatə dairəsinə keçirir və onlara xüsusi qayğı göstərir və bəsləyir. Nəticə də ortadadır. Azərbaycanda ölkəni erməni maraqlarına qurban verməyə hazır olan minlərlə Bahruz Samadov kimi milli kimlikdən qoparılmış kosmopolit insanlar var. O da aydındır ki, belə manqurtların say getdikcə artacaq...

Yadınızdadırsa, bu yaxınlarda Şahin Cəfərli HDP lideri Selahaddin Demirtaşı göylərə qaldırmışdı. Demişdi ki, Selahaddin Demirtaş çox ciddi fiqurdur. Türkiyənin önəmli siyasi liderlərindən biridir, HDP əsla PKK-nı dəstəkləmir, filan... Yəqin ki, Şahin Cəfərli Selahaddin Demirtaşın hələ 2012-ci ildə mitinqdə çıxışı zamanı “Biz bu meydana Başkan Aponun heykelini dikeceğiz, heykelini!”, deməsini unudub...

Eyni fikri AXCP sədrinin müavini Seymur Həzi də bu yaxınlarda səsləndirmişdi. O, Səlahəddin Demirtaşı “siyasi məhbus”, “Türkiyə üçün kilid siyasətçi” və “bu coğrafiya üçün cəsur nümunə” adlandırmışdı. Dünyanın işinə bir baxın. AXCP PKK yanlısı olan Selahaddin Demirtaşı müdafiə edir. Bu, elə erməni separatizmini müdafiə etmək kimi şeydir. PKK ilə erməni faşizmini türk düşmənçiliyi birləşdirmirmi? Birləşdirir. Şahin Cəfərli də, Seymur Həzi də bunu çox gözəl bilir...

Şübhəsiz ki, Azərbaycanda birdən birə Selahaddin Demirtaşa yaranan bu məhəbətin arxasında Qərbin Türkiyədəki prezident seçkisindəki bəlli maraqları dayanır. Ona görə də Şahin Cəfərli və Seymur Həzi ABŞ başda olmaqla Qərbin ağzı ilə danışır.

Danışsınlar. Özləri bilər. Ancaq bizim də deməyə sözümüz var. Mən əminəm ki, hər bir azərbaycanlı Azərbaycan dövlətinin və xalqının marağından çıxış etməlidir. Azərbaycanın maraqlarını Qərbə, Rusiyaya, İrana satanlar bizdən deyil. Heç vaxt da bizdən olmayıblar...
Bəli, Azərbaycan demokratik və azad bir ölkə olmalıdır. Əminəm ki, Azərbaycanı Bahruz Samadov kimi yabançılara satanlar ala-toranlıq içində olan bu məmləkətə işıq gətirə bilməz. Mən göydə Günəşi danan adamlardan yaxşı bir şey gözləmirəm...

MUMtv.az
N.Məmərli


Son xəbərlər

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Bütün xəbərlər