Gündəm

Əflatun Amaşov: “Erməni jurnalistlərin Bakıya gəlməsi...”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Mətbuat Şurasının sədri Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfər etməsinə münasibət bildirib.

 

MUMTV.az-ın xəbərinə görə, Ə. Amaşov bildirib ki, son günlər erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı cəmiyyətdə müəyyən diskussiyalar gedir: "Mənə də müraciət edib məsələ ilə bağlı fikirlərimi öyrənmək istəyənlər çoxdur. Münasibətimi qısaca açıqlamaq istəyirəm.

 

Hamıya məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal otuz ilə yaxındır ki, davam edir. O da məlumdur ki, Azərbaycan dövləti, ölkəmizin hər bir vətəndaşı bununla barışmayacaqdır. Torpaqlarımızın işğaldan azad olunması ümumi, həm də müqəddəs məqsədimizdir. Bütün fəaliyyətimiz buna köklənib. İstərdim ki, məhz bunu əsas tutaq və bu baxımdan məsələnin erməni jurnalistlər Azərbaycana gəlsinlər və ya gəlməsinlər, yaxud bizimkilər düşmən ölkəyə getsinlər ya getməsinlər kimi qoyuluşunu düzgün saymıram. Nəzərə alaq ki, ümumən intellektual təmas önəmlidir”.

 

MŞ sədri qeyd edib ki, 2001-ci ilə qədər qarşılıqlı jurnalist səfərləri olub: "O zaman bir ümid var idi. Ermənistan ictimaiyyətində belə demək mümkünsə, yumşalmalar nəzərə çarpırdı. 1999-cu ildə oradakı məlum parlament güllə-boranından sonra siyasi proseslərin səmti dəyişməyə başladı. Nəticədə Ermənistan danışıqlardan dolayı yolla geri çəkildi. Getdikcə proses düyünə düşdü. Ümumən siyasi durumun dəyişməsi jurnalist səfərlərinə də təsir göstərdi. Səfərlər səngidi, sonra dayandı. Bildiyimə görə, Azərbaycandan Ermənistana ən son gedən jurnalist Turan İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevdir. Səfər bu ilin əvvəlində gerçəkləşmişdi və onun faydalı olduğunu düşünürəm.

 

Yenidən məsələyə qayıdıram. 1999-2001-ci illərdə istəyimiz bu idi ki, Ermənistan cəmiyyəti real vəziyyəti anlasın. Bunu indi də istəyirik. Çünki erməni cəmiyyətinin bu gün də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün təsəvvürdə deyil. Münaqişənin mahiyyəti tamamilə yanlış interpretasiya edilib. Bu, onların siyasi məqsədlərindən irəli gəlib”.

 

Ə. Amaşov hesab edir ki, məsələyə soyuq yanaşmalıyıq: "Daha doğrusu, sülh axtarışı gedir, bu prosesə təkan verə biləcək istənilən təşəbbüsləri dəyərləndirmək lazımdır. Düşmənlə danışıq adlı prosesi öz xeyrimizə çevirmə imkanlarının hər birindən faydalanmalıyıq. Bəli, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün düşməndir. Amma bizim bu gün Dağlıq Qarabağ münaqişəsi zəminində ermənilərlə qurduğumuz münasibətin adı sülh danışığıdır. Dövlətimiz buna çalışır. Təbii, sülh ədalətli şərtlərlə olmalıdır. Yəni Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır. Bu məsələdə hər hansı güzəşt ola bilməz. Əgər müharibə aparmağa qərar verəcəyiksə, ermənilərə bir haqq verə bilərik. Ancaq təslim olmaq haqqını...” (APA)


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər