Gündəm
Gündəm / Dünya
Dünyanın ən yaxşı çimərlikləri Türkiyınin iki çimərliyi də bu siyahıda yer alır
“MUMtv.az” “ Sozcu.com.tr”a istinadən xəbər verir ki, Məşhur səyahət saytı dünyanın ən yaxşı çimərliklərinin adını açıqlayıb. Siyahılar Avropa və dünyaya bölünərkən Türkiyədən iki çimərliyin Avropanın ən yaxşı çimərlikləri arasında olması xüsusilə diqqəti cəlb edir. “TripAdvisor” saytı 2022-ci il yanvarın 1-dın 31-dək dünyanın hər yerindən istifadəçi məlumatlarını araşdıraraq ən yaxşı çimərlikləri müəyyən edib.
Sayta görə; Reytinqdə birinci yeri Braziliya sahillərindəki vulkanik Fernando de Noronya adasındakı Baia do Sanço tutub. Bundan əlavə, saytın Avropa əsasında hazırladığı reytinqdə Türkiyədən iki çimərlik yer alıb.
Avropadakı ən yaxşı çimərliklər siyahısındaTürkiyənin Muğlanın Ortaca rayonunun Dalyan qəsəbəsi yaxınlığındakı İztuzu çimərliyi 11-ci, Alanyadakı Kleopatra çimərliyi isə 25-ci yerdə qərarlaşıb.
MUMtv.az
Anarə Əsgərova