Gündəm
Gündəm / İdman
Ronaldo mövsümün ən yaxşı oyunçusu seçildi
"Yuventus”da 2019/20 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Mumtv.az bildirir ki, Turin klubunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Kriştiano Ronaldo birinci olub.
Qeyd edək ki, portuqaliyalı hücumçu A Seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
(Qafqazinfo.az)