Gündəm
Gündəm / Dünya
MAQATE rəhbəri yaxın günlərdə Tehrana səfərə gedəcək
"MUMtv.az"ın "İRNA"ya istinadən məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Behruz Kamalvəndi bazar ertəsi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi yaxın günlərdə Tehrana səfər edəcək.
“Son günlər MAQATE nümayəndələri ilə konstruktiv və perspektivli müzakirələr apardıq. Bu əsasda AEOI-nin rəhbəri Məhəmməd Eslami Qrossini İrana rəsmi səfərə dəvət edib”, - deyə, IRNA Kamalvəndidən sitat gətirib.
MUMtv.az
Asiman Əsədsoy