Gündəm

BMT İnkişaf Proqramı  Türkiyədə  dağıntıların aradan qaldırılması fəaliyyətlərinə dəstək verəcək

"MUMtv.az" "haberglobal"a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Türkiyədə baş verən zəlzələlərin səbəb olduğu dağıntıların aradan qaldırılması səylərinə dəstək verəcək.

Proqramdan verilən açıqlamada, Birləşmiş Millətlər Təşkilatının (BMT) fevralın 16-da Türkiyəyə açıqladığı 1 milyard dollarlıq “təcili yardım çağırışı” çərçivəsində dağıntıların təmizlənməsi fəaliyyətləri üçün tələb olunan 113,5 milyon dollarlıq fondun böyük hissəsinin istifadə ediləcəyi bildirilib.

Bəyanatda bildirilib ki, BMTİP hökumətin fəaliyyətinə dəstək vermək üçün ekoloji cəhətdən təmiz dağıntıların idarə edilməsi yanaşmasını həyata keçirməyi qarşısına məqsəd qoyub və dağıntıları çıxarıb harasa atmaq əvəzinə dağıntıların tərkibində olan xammalın təkrar emal edilməsi planlaşdırılır.

Bəyanatda əlavə olunub ki, BMT-nin İnkişaf Proqramı həmçinin dağıntıları çıxarmaq və emal etmək üçün yerli sakinləri işə cəlb etməklə dolanışıq vasitələri yaratmağa çalışacaq.

Bəyanatda BMT-nin İnkişaf Proqramının Türkiyə Rezident Nümayəndəsi Luiza Vintonun da fikirləri yer alıb.

"BMT İnkişaf Proqramında diqqətimizi erkən bərpaya yönəltmişik. Fövqəladə hallara cavab tədbirlərini dəstəkləməklə yanaşı, regionda həyatı normallaşdırmaq üçün lazım olan genişmiqyaslı işləri də planlaşdırırıq. Dağıntıların təmizlənməsi çox vacib ilk addımdır. Lakin, bunu edərkən dağıntılar altında qalan həyatlara və arzulara hörmət etməliyik” - deyə, Vinton bildirib.

"Çətinliyin əhatə dairəsi insan ağlından kənardır." Vinton öz qiymətləndirməsində təxmin edilən dağıntı sahəsinin ölçüsünün ABŞ-ın Nyu-York şəhərində 59 kvadrat kilometr ərazini əhatə edən Manhetten adasından daha böyük olduğunu bildirdi.

BMTİP-in ilkin hesablamalarına görə, zəlzələlər nəticəsində 116-210 milyon ton dağıntı əmələ gəlib. Gölcük zəlzələsində təxminən 13 milyon ton dağıntı meydana gəldi.

Bildirilib ki, fövqəladə hallara müdaxilə qruplarına da töhfə verən BMTİP Hatay Böyükşəhər Bələdiyyəsinə 160 770 litrlik zibil qabı, 54 ton sönmüş əhəng və 10 min litr dezinfeksiyaedici vasitə çatdırıb.

MUMtv.az
Kamal Əsgərov

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər