Gündəm



Bu gün Böyük Oktyabr sosialist inqilabının 105-ci ildönümüdür. İnsanlar və bütün tərəqqipərvər bəşəriyyət bu tarixi günü hər il böyük təntənə ilə qeyd edirlər. Azərbaycan Kommunist Partiyasının Proqramında deyilir:”Böyük Oktyabr sosialist inqilabı ümumdünya tarixinin dönüş hadisəsi oldu, dünya inkişafının baş istiqamətini və əsas meyllərini müəyyən etdi, kapitalizmin yerini yeni formasiyanın, sosializm ictimai-iqtisadi formasiyanın tutması kimi qarşısıalınmaz bir prosesin başlanğıcını qoydu”.

Oktyabr sosialist inqilabı kapital hökmranlığına, irtica və təcavüz qüvvələrinə qarşı mübarizədə dünya zəhmətkeşləri üçün ruhlandırıcı nümunə oldu. Böyük Oktyabrın qələbəsi nəticəsində yeni ictimai kerçəkliyə, bəşəriyyətin işıqlı gələcəyi olan sosializmə yol açıldı, bəşəriyyətin tarixində yeni dövr, kapitalizmin məhvi, sosializmin təntənəsi dövrü başlandı. Yeni dövrün ilk müjdəçisi Oktyabrın beşiyi Rusiya oldu.

Böyük Oktyabr sosialist inqilabı ümumdünya tarixinin əvvəlki inkişafının bütün gedişi ərzində irəli sürülmüş əsas problemləri – cəmiyyətin gələcəyi, ictimai tərəqqinin xarakteri, müharibə və sülh, dünya inkişafının müqəddaratını müəyyən edən problemlərin həlli üçün yol açdı.V.İ.Lenin yazmışdır:”…biz haqlı olaraq fəxr edə bilərik  və fəxr edirik ki, Sovet dövləti qurmağa başlamaq, bununla da ümumdünya tarixində yeni bir dövr epoxanı başlamaq, bütün kapitalist ölkələrində zülm altında olan və hər yerdə yeni həyata döğru, burjuaziyaya qələbə çalmağa döğru, proletariat diktaturasına döğru , bəşəriyyətin kapital zülmündən, imperialist müharibələrindən xilas etməyə döğru gedən yeni sinfin hökmranlığı epoxasını başlamaq kimi bir xoşbəxtlik bizə nəsib olmuşdur”

Bəşəriyyət Böyük Oktyabrın açdığı yolla müvəffəqiyyətlə irəliləyir. Tarixə inqilabi strategiya və taktika nümunəsi kimi daxil olan Oktyabr silahlı üsyanı yuxarı dairələrdə edilən çevriliş, bir qrup qəhrəmanın etdiyi çevriliş olmayıb, bu əməkçi xalqın ən geniş kütlələrinin hərəkatıdır, bolşeviklərin uzun illər apardıqları səbatlı və fəal işin,  qəhrəman və gərgin mübarizənin nəticəsidir. Böyük Oktyabr inqilabı təkcə siyasi hakimiyyətin dəyişilməsi olmayıb, cəmiyyətin tam dərinliklərinə nüfuz edən, onun yenidən qurulmasının başlanğıcını qoyan ən dərin ictimai-iqtisadi çevriliş idi. Böyük Oktyabr sosialist inqilabı Rusiyanın ictimai-iqtisadi və siyasi inkişafının qanunauyğun nəticəsi idi.

1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabın qələbəsi və üç yüz il hökmranlıq etmiş mənfur romanovlar sülaləsinin devrilməsi proletariat və onun sınanmış avanqardı olan Lenin partiyası qarşısında bilavasitə sosialist inqilabı uğrunda mübarizə üçün yol açdı. Proletar inqilabının dahi strategi V.İ.Lenin fevral inqilabından sonra yaranmış spesefik şəraiti nəzərə almaqla kapital üzərinə hücumu genişləndirməəsasında sosialist inqilabının qələbəsini təmin etmək vəzifəsini irəli sürdü.

Lenin partiyasının hazırladığı sosialist inqilabı uğrunda strategiya və mübarizə proqramı o zaman təsirli və mübariz qüvvəyə malik ola bilərdi ki, kütlələr ona yiyələnsinlər. Partiyanın məhz 1917-ci ilin fevralından oktyabrına qədər bütün siyasi və təşkilat işi inqilabın silahlı qüvvələrinin yaradılmasına döğru yönəldilmişdi. Partiya yorulmadan özünəməxsus böyük enerji ilə fəhlələr, əsgərlər, kəndlilər içərisində, milli ucqarlarda geniş siyasi ideoloji iş və təşkilatçılıq işi aparır, sosialist inqilabı uğrunda mübarizə proqramını xalqa izah edirdi. Partiya xalq kütlələrinin yaradıcı məhsulu olan Sovetlərin, fabrik-zavod komitələrinin, fəhlə milisi və Qızıl qvardiyaların, əsgər və kəndli komitələrinin təşkilinə rəhbərlik edirdi. Partiya kütlələri öyrədir və onlardan öyrənirdi.

Bolşeviklər partiyası inqilabi hərəktın bütün formalarından istifadə edir, onların hər biri üçün konkret mübarizə proqramı müəyyənləşdirir, bu proqramı sosialist inqilabının qələbəsi, hakimiyyətin ələ alınması uğrunda mübarizə ilə əlaqələndirirdi. V.İ.Lenin, bolşeviklər partiyası 1917-ci ilin payızında ölkədə sinfi qüvvələrin yeni nisbətini dərindən təhlil edərək belə nəticəyə gəldilər ki, indi hakimiyyət uğrunda mübarizə yeni mərhələyə daxil olmuşdur. Partiya silahlı üsyan təşkil etməyi günün əməli vəzifəsi hesab edirdi. İnqilab dahisi özünün“Marksizm və üsyan”, “böhran yetişmişdir”, “Kənar adamın məsləhətləri”, “Bolşeviklər hakimiyyəti ələ almalıdırlar” və s. əsərələrində, məktublarında üsyan haqqında marksist təlimi daha da inkişaf etdirib, onu yeni mərhələyə qaldırdı, qalibiyyətli üsyanın əsas cəhətlərinin klassik izahını verdi. V.İ.Lenin tələb edirdi ki, üsyana bir sənət kimi yanaşmaq, onu hərtərəfli hazırlamaq və onun qələbəsini təmin etmək lazımdır.

Partiya RSDFP MK-nın 10 və 16 oktyabr tarixli iclaslarında üsyanın labüdlüyü, onun hazırlanması və keçirilməsinin zəruriliyi haqqında V.İ.Leninin göstərişlərini qəbul etdi, üsyan əleyhinə çıxan Kamenyev və Zinovyevin opportunist xəttini, silahlı üsyanı II Sovetlər qurultayına qədər ləngitmək fikrini irəli sürən Trotskinin zərərli təklifini rədd etdi. Partiya sosialist inqilabı uğrunda mübarizənin tam qələbəsinə dərin və sarsılmaz inam bəsləyirdi.  Bu inam onun bütün fəaliyyətində hiss olunurdu. V.İ.Lenin 1917-ci ilin avqust-oktyabrında yazdığı“Yaxınlaşan fəlakət və onunla necə mübarizə etməli”, “Bolşevikləır  dövlət hakimiyyətini əldə saxlaya bilərlərmi?” əsərlərində bolşeviklərin hakimiyyəti ələ almağa  hazır olduqlarını nəinki inandırıcı surətdə sübut etdi, həmçinin dərin elmi təhlil əsasında göstərdi ki, bolşeviklər hakimiyyəti ələ almalıdırlar. Dahi rəhbər öyrədirdi ki, bolşeviklər partiyası zəhmətkeş kütlələrə istinad etməklə öz hakimiyyətini möhkəmləndirib yeni cəmiyyət quruculuğu işini müvəffəqiyyətlə həyata keçirə bilər.

Bəşəriyyət tarixində elə bir partiya olmamışdır ki, o silahlı üsyana bolşeviklər partiyası qədər məsuliyyət və diqqətlə yanaşsın, onun qələbəsini təmin etmək üçün vaxtı düzgün seçsin, əsas zərbənin istiqamətini dəqiq müəyyən etsin. Silahlı üsyana Lenin başda olmaqla Mərkəzi Komitə rəhbərlik edirdi.Üsyana siyasi rəhbərlik üçün Lenin başda olmaqla MK Siyasi Bürosu Hərbi – İnqilab Komitəsi tərkibinə daxil olan Hərbi–İnqilab Mərkəzi təşkil edildi. Üsyan oktyabrın 24-də gecə başladı. Oktyabrın 25-də Qış sarayı və hərbi dairə qərargahından başqa bütün Petroqrad üsyançıların əlində idi. Oktyabrın 25-də Petroqrad Soveti Hərbi–İnqilab Komitəsi V.İ.Lenin tərəfindən yazılmış“Rusiya vətəndaşlarına” adlı müraciət qəbul etdi. Müraciətdə müvəqqəti  hökumətin devrilməsi və üsyanın qələbə çalması elan olundu. V.İ.Lenin oktyabrın 25-də Petroqrad Sovetinin təcili iclasındakı nitqində demişdir:“ …Zəruri olduğunu bolşeviklərin həmişə söylədikləri fəhlə və kəndli inqilabı baş verdi… Bu zamandan etibarən Rusiyanın tarixində yeni bir dövr başlanır və indiki, üçüncü rus inqilabı nəticə etibarilə sosializmin qələbəsinə gətirib çıxarmalıdır” 

Oktyabrın 25-də olmuş II Ümumrusiya Sovetlər qurultayı bütün hakimiyyətin Sovetlərin əlinə keçdiyini elan etdi. Beləliklə, Lenin partiyasının nəhəng nəzəri–siyasi və təşkilat işi, onun sosialist inqilabı və proletariat diktaturası uğrunda qəhrəman mübarizəsi ümumdünya — tarixi əhəmiyyətli qələbə ilə nəticələndi.

Oktyabr inqilabı sosial ədalət inqilabıdır.Oktyabr inqilabı əmək adamlarının müqəddəs arzularının, onların azadlığa, bərabərliyə, səadətə qovuşmaq səylərinin təcəssümü oldu. Tarixdə ilk dəfə elə bir dövlət meydana gəldi ki, onu zəhmətkeşlər özləri idarə edirdilər və bu dövlətdə birləşən bütün xalqların dostluğu möhkəm bərqərar olmuşdu.

Oktyabr inqilabı quruculuq inqilabı, xalqın rifahı naminə quruculuq inqilabı idi!

Oktyabr inqilabı insanların şürunda əsl inqilab idi. Oktyabr inqilabı inandırıcı şəkildə göstərdi ki, əmək adamının buxovlardan azad edilmiş təşəbbüsü necə böyük imkanlar açır, kollektivçilik və yoldaşlıq, sovet vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi, cəmiyyətin mənəvi siyasi birliyi necə qadir qüvvədir.

Oktyabr inqilabı sülhün xeyrinə inqilabdır. Müharibəyə qarşı, xalqlar arasında sülh uğrunda mübaizə gənc Sovet hakimiyyətinin ilk Dekreti ilə başlanmışdır. Oktyabrın qələbəsi, Leninin sözləri ilə desək, həm də müharibələri məhv etmək işinin ilk qələbəsi idi.

Oktyabr inqilabı sayəsində baş verən dəyişikliklər silsiləsi planetin sosial simasını əsaslı şəkildə başqalaşdırdı. Dünya sosializm sistemi yarandı. Dünyanın siyasi xəritəsində onlarca gənc müstəqil dövlət meydana gəldi. Böyük Oktyabrla başlanan azadlıq inqilabları müasir dövrün simasını müəyyən edir.

Oktyabr inqilabı, tarixin keçilməmiş yolu ilə gedən, ilk beşilliklərin sənaye nəhənglərini ucaldan, kollektiv kənd təsərrüfatının əsasaını qoyan, Böyük Vətən müharibəsində davam gətirib qələbə çalan, Sibirin və Uzaq Şərqin təbii sərvətlərini istifadəyə verən, yerin ilk peyklərini kosmil orbitlərə çıxaran adamların hünərində yaşayır. 

İnqilab bu gün sosializm cəmiyyəti arzulayan insanların əməllərində və məramlarında davam edir.

Ədalət Abdinov

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi



Son xəbərlər

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Bütün xəbərlər