Gündəm





"Zəfər Yolu" İB-in təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında "Zəfər Günü" ilə bağlı tədbir keçirilib.
Mingachevir News xəbər verir ki, tədbirin əvvəlində ənənəvi olaraq dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Şuşa Dövlət Musiqili Dram teatrının kollektivi "Dəmir Yumruq" əbədi-bədii kompozisiyası ilə çıxış edərək musiqi səsləndiriblər və arxa fonda Prezident İlham Əliyevin xalqa müraciət edərək işğaldan azad edilmiş ərazilərin xəbərini çatdırması göstərilib.
Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı Yaşar Muradov tədbirdə çıxış edərək giriş mətnini səsləndirib və tədbirdə iştirak edənləri Zəfər bayramı münasibətilə təbrik edib.
Tədbirin ardınca "Zəfər Yolu" İB-in sədri, şair, publisist Pərvanə Abdullayeva çıxış edərək tədbirlə bağlı təəssüratlarını ifadə edib.
Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn bəzi hərbçilərimizin anaları çıxış ediblər və tədbirlə bağlı öz fikirlərini deyiblər.
Tədbirdə Vətən Müharibəsi iştirakçısı, Füzuli-Xocavənd istiqamətində gedən ağır döyüşlərdə bir ayağını itirmiş hərbçi Taleh Camalov da iştirak edib.
1-ci Qarabağ müharibəsi iştirakçısı, müharibə qazisi Nazim Hüseynov da keçdiyi döyüş yolundan bəhs edib.
1-ci Qarabağ müharibəsi qazisi Rüxsarə Bayramova da Zəfərin əldə edilməsindən məmnunluğunu ifadə edib, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə tezliklə şəfa arzulayıb.
Hər zaman "Zəfər Yolu" İB-in tədbirlərinə dəstək göstərən, şəhid ailələrinə maddi-mənəvi dəstəyini əksik etməyən Rusiyanın Surqut şəhərində yaşayan həmyerlimiz, xeyriyyəçi Hikmət İbrahim oğlu Əliyevin təbrikləri çatdırılıb.  
Zəfər Yolu İB-in sədrinin birinci müavini Nizami Məmmədov, İB-in Şuşa nümayəndəliyinin rəhbəri İlqar Məmmədov, "Zəfər Yolu" İB-in şöbəsinin müdir müavini Hacıbala Əliyev, "Zəfər Yolu" İB-in könüllüsü Sevinc Bəxtiyar da Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib, şəhid ailələrinə və qazilərinə ehtiram və hörmət etməyin mənəvi borc olduğunu diqqətə çatdırıblar.
Tədbirin davamında "Zəfər Yolu" İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şahinoğlu çıxış edərək tədbirin keçirilməsində dəstəyi və əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
Zəfər Yolu İB-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri, I Qarabağ müharibəsi iştirakçısı Maqsud Həşimovun qızı Leyla Həşimli də belə tədbirlərdə iştirakına görə məmnun olduğunu söyləyib.
Tədbirin sonunda "Zəfər Yolu" İB tərəfindən ehtiyatda olan polkovnik Faiq Tahirov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva, xeyriyyəçi Natəvan Şadlinskaya və bir qrup media nümayəndələrinə "Təşəkkürnamə"lər təqdim edilib.
Qeyd edək ki, "Dəmir Yumruq" ədəbi-bədii kompoziyasında xalq artisti Şükufə Musayeva, əməkdar artist Nazir Rüstəmov, əməkdar artist Teymur Məmmədov, Xanirə İsgəndərova, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Emin Sevdiməliyev, Əlirza Kənani, Sabirə Abdullayeva iştirak ediblər. 
Kompoziyanın quruluşcu rejissoru Lalə Şirinova, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, videomühəndis Vadim Kuskovdur. Teatrın direktoru Yadigar Muradov, baş rejissoru isə əməkdar artist Loğman Kərimovdur. 
© Mingachevir News

































Son xəbərlər

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Bütün xəbərlər