Gündəm

İlham Əliyevdən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

"Sərəncama əsasən, Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci il “Şuşa İli” elan edilib. Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Qeyd edək ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Son xəbərlər

Bu şəxslər 1000 manatdan yuxarı maaş alacaq

MTN-dəki ŞƏBƏKƏNİN DAHA BİR CİNAYƏTİ – AMA ASC-ni zəbt edən dəstənin havadarı kimdir?

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib

Rövşən Rüstəmov xanım işçilərə yaxşı ki QATAR BAĞIŞLAMAYIB… – HƏQİQƏTƏN DƏ…

Saleh Məmmədov və qudası Əflatun Qasımov Dövlətin pulunu belə mənimsəyir

İşdən çıxan meşə gözətçisi şok faktlar açıqladı – GÖRÜNTÜLƏR

ABŞ Azərbaycanı NATO sammitinə dəvət etməyi planlaşdırır

Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -ŞOK FAKTLAR

"Ermənilər Qarabağa qayıtmaq istəyirsə, azərbaycanlılar Qərbi Zəngəzura qayıtmalıdır"

"Sülh müqaviləsinin mətnini demək olar ki, yekunlaşdırmışıq" - Mirzoyan

General Füzuli Salahov təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi

Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur - Qərar verildi

Simonyan Latviyada Azərbaycanla sülh müqaviləsini müzakirə etdi

Prezident İnger Andersonu qəbul edib

Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına başlanıldı

Blinkenin köməkçisi Azərbaycana niyə gəlir? - AÇIQLAMA

MM-in Aparat rəhbərindən növbədənkənar seçkilərlə bağlı AÇIQLAMA

Prezident Cibuti rəhbərini təbrik edib

İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul etdi

İranın vitse-prezidenti namizədliyini geri götürdü

Hikmət Hacıyev Qriqoryanın cavabını verdi: “Tarixi səhvləri yenidən təkrarlamamaq üçün…”

"Paşinyan Qarabağdakı sülhməramlı missiyanı çətin vəziyyətə saldı" - Zatulin

Aeroport yolunda sürət həddi bərpa edildi

Lənkəran və Astaranın kəndlərində təxliyə işlərinə başlanıldı

Güləşçilərimiz erməni rəqiblərinə qalib gələrək Avropa çempionu oldular

Müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Akademik borcu olan tələbə hansı halda universitetdən xaric edilə bilər?

Mahaçqala su altında qaldı

50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? - VİDEO

Bazarlar tarixə qovuşur, məhsulun qiymətinə necə təsir edəcək? - "Alıcılar üçün ağır zərbədir"

Sanksiyalara baxmayaraq, Rusiyada Aİ-dən elit təyyarə alan azərbaycanlı milyarder kimdir?

Prezident İtaliyanın müdafiə nazirini qəbul edib

Bütün xəbərlər