Gündəm

Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanıldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq.

 

Bunu açıqlamasında "Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

 

Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq:

 

"Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq "Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk.

 

Həmçinin, "Mavi xətt”in tikintisinə başlayanda "Bənövşəyi xətt”in "B-3” stansiyası, bundan əlavə, "Sarı xətt”i tikəndə "B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.

 

"Bakı Metropoliteni” rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb:

 

"Əgər siz Dubaydakı kimi, estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək, bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur. Həm də bizim metro o qədər də böyük deyil.

 

Şəhərin bu günlük planına görə Cənab Prezidentin təsdiqlədiyi "Konseptual İnkişaf Sxemi”nə əsasən, biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək.

 

Hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqmaətində genişlənməsi gedir. Biz nümunəni Moskvadan götümrəliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır.

 

Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə bir parça torpaq alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur”. (Report)


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər