Sosial

“Bakı Metropoliteni” tələbələrin müraciətinə cavab verib: "Yolunu göstərin, bunu necə edək?!”
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
"Tələbələrin dedikləri çox yaxşı arzulardır. Onlara cavab olaraq demək lazımdır ki, "tezliklə təhsilinizi başa vurun, gəlin, işə düzəlin, yolunu göstərin, bunu necə edək?!”.

Bunu "Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov tələbələrin qurumun sədri Zaur Hüseynova ünvanlandığı məktuba cavab verərkən deyib.

Xatırladaq ki, bir qrup tələbə Z.Hüseynova məktub ünvanlayaraq metroda qatarlar arasında intervalının azaldılmasını, yeni və kondisionerli qatarların sayının artırılmasını istəyiblər.

Ə.Osmanovun sözlərinə görə, tələbələrin qaldırdıqları məsələlərin hamısını həll etmək mümkündür, amma bu məsələlər metro tikiləndə nəzərə alınmalıdır: "Bu gün metronu saxlamaq, onun işarəvermə sistemini dəyişdirmək, bu, ancaq utopiya kimi görünə bilər. Eyni zamanda 2 dəqiqə intervalı çox deyil. Digər metropolitenlərin də statistikasına baxa bilərsiniz. Əlbəttə biz metromuzu MDB ölkələri ilə müqayisə etməliyik. Biz İstanbul, Dubay, Honk-Konqla müqayisə apara bilmərik, çünki onlarda başqa bir metrodur. Yəni onlarda yollar, qatarlar başqadır və avtomatik hərəkət təmin olunub. Əgər birdən-birə Dubay olmaq istəsək, bu metronun hamısını söküb təzə CBTC (Rabitə əsaslı Qatar Nəzarəti – Communications-Based Train Control) adlanan sistem gətirməliyik. Bu yeni sistemdə qatarların radiodalğalarla idarə olunması, hərəkət relslərinin şovsuz, yəni tikişsiz olması hesabına sürətli hərəkəti, həm də öndə, ortada və arxada hərəkət edən qatarın bir-birinə maneə törətmədən hərəkət etməsi təmin olunur. Metropoliten çox mürəkkəb struktura malik sərnişin nəqliyyatıdır. Burada sərnişin daşımaq vacibdir, ancaq sərnişinin təhlükəsizliyini təmin etmək, ondan qat-qat üstündür”.(Report)

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər