Gündəm

Sabirabad Rayonunda "Əxlaqsızlıq yuvası saxlayan" Rövşən Şahbazovu kimlər himayə Edir?-VideoFakt

MUMtv.az: - Əxlaqsızlığın birinci növbəli növü insan alveridir. Dünyanın bir çox ölkələrində insan alveri ilə bağlı problemlər var. Burada əsas rol oynayan hissə isə qadın alveridir. Belə ki, işbazlar qadınlar üzərindən milyonlarla pul qazanırlar. Qadın alveri dünya ilə yanaşı Azərbaycanda da aktual problemlərdən biridir. Təəssüflər olsun ki, buna qarşı nə qədər maarifləndirici və inzibati tədbirlər görülsə də ardı-arası kəsilmir.

Ölkəmizdə 2000-ci ilin dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu plan əsasında indiyə qədər ölkə ərazisində fəaliyyətdə olan yüzlərlə əxlaqsızlıq yuvasının işinə xitam verilib və fahişəliyi təbliğ edən şəxslər cəzalandırılıb.

Lakin qadın alverinin sayı günü-gündən artmaqda davam edir. Məmurların qoruduğu sauna, kafe, masaj salonları, otel və istirahət mərkəzləri adı altında fəaliyyət göstərən yerlərin sayı bu gün də kifayət qədərdir. Onlar bu işi çox peşəkarlıqla edirlər. Bu obyektlərin mövcudluğu təhlükə mənbəyidir. Bu yerlər gələcək üçün əmanət edilən milli-mənəvi dəyərlərimizi uçuruma aparır.

“Bəzi dövlətlərdə fahişəlik xidməti qanuni olsa da, bir çox dövlətlərdə, xüsusilə də İslam dininin daha çox yayıldığı ölkələrdə, eləcə də Azərbaycanda qanunla qadağan edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Lakin qeyd etdiyiniz kimi, təəsüflər olsun ki, hələ də əxlaqsızlıq yuvaları gizli də olsa fəaliyyət göstərir. Onlardan bəziləri “Kafe, çay," pivə" və sair adlar altında kamuflaj olunurlar və bu qanuna zidd fəaliyyəti təşkil edirlər.

Təəssüf ki, ayrı-ayrı bölgələrdə bu cür iyrənc üsullarla pul qazanan adamlara rast gəlmək mümkündür. Adətən, həmin şəxslər iaşə obyektlərini hədəf seçir, öz çirkin niyyətlərini bu məkanlarda həyata keçirməyə çalışırlar. Hansı ki, həmin məkanların bu cür fəaliyyətlə məşğul olmağa icazəsi yoxdur. Adının çəkılməsını istəməyən etibarlı mənbə saytımızın "WhatsApp" nömrəsinə göndərdiyi video çəklişdə bu faktları təsdiq edir. Mənbə bildirir ki, Sabirabad rayonu mal bazarının ərazisində Şahbazov Rövşən Hacıbarad oğlu da, heç bir icarə müqaviləsi və rəsmi sənədi olmayan kafedə əxlaqsızlıq yuvası təşkil edib. Elə həmin kafedə çalışan Adının Samirə olduğunu deyən dırnaq arası xanım 15 manata görüşdüyünü bildirməklə kafenin əxlaqsızlıq yuvası olmasını bir daha sübut edir. Çox biabırçı hal bundan ibarətdir ki, Şahbazov Rövşən bu cinayət əməlinə oğlu Kamranıda cəlb edib. Belə ki, Rövşən özü oldu-olmdı oğlu Kamran bütün günü kafedə olur və orada çalışan "xanımların" əxlaqsızlıqla məşğul olmalarından xəbərdardır. Onuda qeyd edək ki, Rövşən Şahbazov özü iş icracısı (prarav) vəzifəsində çalışır qardaşı Kürdoğlu isə Şirvan Şəhər bələdiyyə sədridir. Məhz bu səbəbdən də, Şahbazov Rövşən Qanunlara meydan oxuyur. Hec nədən qorxmadan, çəkinmədən insan alveri ilə məşğuldur. Görünür ki, Şahbazov Rövşənə "krişa"-lıq edən məmur da, bu cür iyrənc üsullarla qazanılan pula şərikdir. Əgər belə olmasaydı əlbəttə ki, bu cür cinayətə göz yumulmazdı. Məgər Sabirabad RPŞ-nin xəbəri yoxdur ki, rayon ərazisində bir neçə əxlaqsızlıq yuvası fəaliyyət göstərir? Əgər həqiqətəndə xəbərləri yoxdursa demək RPŞ-i İşləmir? O,zaman biz xəbərdar edirik. Elin gözü tərəzidir... Həmin videonu təqdim edirik.(turkdunyasi.az)




Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər