Gündəm


Artıq bir neçə ildir ki, 8 mart Beynəlxalq Qadınlar Günündə Bakının mərkəzində bir qrup feminist aksiya keçirir. Martın 8-də yenə bu ənənəyə sadiq qalaraq, feministlər Fəvvarələr meydanınında qadın hüquqlarına diqqət çəkmək üçün icazəsiz aksiya keçirdilər.

Bakı Şəhər İcra Hakimiyyəti əvvəlcədən bu aksiyanın keçirilməsinə icazə verməmişdi. Lakin feministlər buna məhəl qoymayıb, aksiyalarını həyata keçirdilər. Aksiya zamanı feministlər "Qadın qətlləri siyasidir!”, "Qadın kimi savaş!” və sairə bu kimi şüarlar səsləndirərək, "İstanbul Konvensiyası”nın qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini, qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələrin aradan qaldırılmasını tələb ediblər. Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Lakin sonradan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirdi ki, aksiyaya cəhd zamanı saxlanan olmayıb, "qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb”.

Beləliklə, 8 mart günü keçirilən aksiya bu dəfə də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Əksinə, bundan əvvəlki illərdə olduğu kimi, bu dəfə də səsləndirilən şüarlar böyük əksəriyyət tərəfindən qıcıqla qarşılandı.

Paytaxt Bakıda feministlərin martın 8-də keçirdikləri aksiya yenə də cəmiyyət tərəfindən qıcıqla qarşılandı
Bəs feministlərin istəyi, bu aksiyaları keçirməkdə məqsədləri nədir?

Mövzu ilə bağlı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Yeni Müsavat”a danışıb:

"Feminizm hüquq bərabərliyini təbliğ edən ideologiya, xətdir. Lakin qeyd edim ki, feminizm kifayət qədər müxtəlif qollara malikdir. Məsələn, ”çəhrayı feminizm", "məxməri feminizm”, "radikal feminizm” kimi cərəyanlar var. Lakin bizdə olan feministlərin hansı cərəyana aid olduğunu bilmirəm. Konstitusiyamızın 25-ci maddəsində bildirilir ki, qadın və kişi hüquqları bərabərdir. Bəs qadınların hüquqlarını məhdudlaşdıran qanunlar varmı? Əlbəttə ki, yox. Hətta ötən il qadın hüquqlarının müdafiəsi sahəsində müsbət dəyişikliklər oldu ki, onlardan biri məişət zorakılığı, insan alveri, uşaq strategiyası ilə bağlı "Milli fəaliyyət planı”nın qəbulu idi. Ölkədə "Min İlliyin Strategiyası” və yaxud "Dayanıqlı İnkişaf Məqsədlərinin Strategiyası” var, hansı ki, onlarda qadın məsələləri öz əksini tapıb.

Bir daha qeyd edirəm ki, ölkə feministlərinin ideoloji düşüncəsindən xəbərsizəm, ona görə onların konkret hədəfləri haqda heç nə deyə bilmirəm. Baxanda görürük ki, onların şüarlarında "İstanbul Konvensiyası” var və sairə.

Ümumiyyətlə, "İstanbul Konvensiyası” özlüyündə yaxşı bir mexanizmdir. Lakin şahidi olduq ki, Türkiyənin özü bu konvensiyadan imtina etmək cəhdi göstərdi. Həmçinin Polşada da bu hadisə baş verdi. Yəni kor-koranə hansısa konvensiyanı qəbul etmək olmur. Xatırlayırsınızsa, Vətən müharibəsinə qədər hökumət bununla bağlı geniş müzakirə aparırdı və onun təsdiqinə doğru gedilirdi. Lakin müharibə, pandemiya bu prosesi ləngitdi. Hətta müzakirələr getsə belə düşünməliyik ki, bizim üçün nə yaxşıdır. Əgər bu mexanizmləri öz qanunlarımızda dəyişə biləcəyiksə, hansısa bir öhdəliyi götürmək vacibdirmi? Bildiyiniz kimi, hər bir öhdəlik digər öhdəlik tələbini qoyur.

Bəli, ölkəmizdə qadın hüquqları ilə bağlı problemlər var. Onların içərisində məişət zorakılığı, stereotiplər, ailədə bərabər imkanlar üçün məhdudlaşdırma, həmçinin erkən nikahlar və sairə var. Zaman-zaman bunların qanun formasında sərtləşdirilməsi və mexanizmlərin işləməsi üçün müzakirələr aparılır. Lakin axı proses gedir.

İstənilən aksiyanın müsbət tərəfləri var, ətrafında müzakirələr gedir, qadın hüquqları diqqət mərkəzinə gəlir. Yəni yaxşıdır, pis deyil. Lakin onların şüarları cəmiyyətin hissiyyatına toxunan şüarlar idi. İnsanda bir xof, qorxu yaradırdı. Onların şüarları ilə düşündükləri plan arasında hansı fərqlər, məqsəd var, onu bilmirəm".

ADP sədri Sərdar Cəlaloğlu da keçirilən aksiyanın əsassız olduğunu qeyd etdi:

"Azərbaycanda qadın hüquqlarını müdafiə edən həm dövlət, həm də qeyri-hökumət təşkilatları var. Yəni bu gün Qərbə uyğun hərəkatın Azərbaycanda başladılmasının heç bir əsası yoxdur. Azərbaycan Konstitusiyasında, qanunlarında qadınların hüquqları məhdudlaşdırılmayıb. Bu baxımdan feminizm hərəkatı ölkəmizdə yersizdir.

Digər tərəfdən, dünyanın heç bir yerində radikal feminizmə yol verilmir. Məsələn, 8 mart günü İspaniyada aksiya keçirən feministlərə adi yoldan ötən qadınlar hücum etdilər. Yəni hətta qadınların içərisində belə radikal feminizmi, ailə dəyərlərini dağıdan, qadınları insan alverinin obyektinə çevirmək istəyən hərəkata qarşı qıcıq var.

Bakıda keçirilən aksiyadakı şüarlara baxaq: "Qorxdular azad deməyə, dönüb əxlaqsız dedilər”. Azadlıq nə deməkdir? Əgər konstitusiyada sənə azadlıq verilibsə, deməli, sən azadsan da. Bilmək olmur onlar qadın azadlığı deyəndə nəyi nəzərdə tuturlar. Beynəlxalq hüquqda qadın haqları ilə bağlı konvensiyada üç hüquq nəzərdə tutulub - qadınların əmək, seçki, təhsil hüquqları. Ölkəmizdə də bu hüquqların hər üçü həyata keçirilir. İndi burada feministlər nəyi tələb edir?

Ötən dəfə şüar yazmışdılar ki, "Bədən mənimdir, sata bilərəm”. Axı qadın azadlığı milli dəyərlərdən, ailəsindən, cəmiyyətdə götürdüyü öhdəliklərdən azad olunması demək deyil ki. Azadlıq - qadınlara kişilər qədər hüquqların verilməsidir. Ölkəmizdə kişilərin hüquqları nə qədər pozulursa, qadınların da hüquqları o qədər pozulur.

Və yaxud görürük ki, qadın zorakılığına qarşı şüarlar qaldırılır. Axı Azərbaycanda qadınlara qarşı zorakılıq elə bir ictimai təhlükə vəziyyətinə çatmayıb ki, onunla bağlı hərəkat yaradılsın. Tək-tək hallarda hansısa ailələrdə baş verir, onu da hüquq-mühafizə orqanları lazım olan tədbirləri görür, cəzalandırır. Hindistanda qadınlar küçədə tək gəzə bilmir. Hətta ictimai nəqliyyatda belə qadınları oğurlayıb, təcavüz edirlər. Oradakı zorakılıq bizim ölkədə yoxdur. Əksinə, Azərbaycanda qadına qarşı böyük hörmət, sayğı var. Avtobusda kişilər ayağa qalxıb, qadınlara yer verir və sairə. Belə bir xalqı niyə biabır edir, hansı zorakılıqdan danışırlar?”

AĞ Partiya sədri Tural Abbaslı isə azərbaycanlı feministləri qaragüruhçu adlandırıb: "Düşünürəm ki, Azərbaycanın feminizm sahəsində də bəxti gətirməyib. Çünki bizim feministlər təəssüflə daha informasiyasız, qaragüruhçu feministləridr.

Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda feminist hərəkatına ehtiyac yoxdur. 8 mart bayramı sülhü, barışığı, mərhəməti özündə ehtiva edən bir bayramdır. Çox təəssüf ki, həmin gündə çıxıb Azərbaycana aidiyyəti olmayan şüarlar səsləndirirlər. Məsələn, şüarları var idi ki, "Qadın qətlləri siyasidir”. Bəs kişilərə qarşı cinayət nədir? Yəni bu nə baxış, yanaşma, düşüncədir? "Qadın haqlarını qoruyuruq” deyib, insan haqlarını unudurlar. Cinayətkarın cinsinin qadın və yaxud kişi olması fərqləndirilməməlidir. Belə bir anlayış yoxdur".
"Yeni Müsavat”

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər