Gündəm

SINMAYAN  QADIN

SƏKİNƏ BAYRAM TÜRKƏR - 70
Əziz və hörmətli Səkinə xanım! Sizin doğum gününüzü, 70 illik yubileyinizi təbrik etməkdən böyük məmnunluq duyur və qürurlanıram. Yalnız ona görə yox ki, Siz öz daxili gözəlliyiniz, mənəvi zənginliyiniz və əxlaqı dəyərlərinizlə bir çoxlarına nümunə olacaq qədər irfanlı, təqvalı, fəzilətli bir xanımsınız, həm də ən əsası ona görə ki, bütün varlığınızla vətənimizi, xalqımızı, torpağımızı, bu torpaqda yaşayan insanları ürəkdən sevən və qəlbən onlara bağlı olan vətənpərvər və çox humanist bir insansınız. Siz adi bir xanım, sadə bir ziyalı deyilsiniz, eyni zamanda respublikamızın müstəqilliyi, insanlarımızın azad, xöşbəxt, firavan yaşaması üçün milli – azadlıq hərakatına qoşulmuş, yuxusuz gecələr, narahat və əzablı günlər keçirmiş, gərgin mübarizə dolu şərəfli bir ömür yaşamışsınız. Siz möhkəm iradə və əqidəyə malik olduqca prinsipal milli mənafe naminə hər əzaba, hər çətinliyə, yoxluğa qatlaşan, lakin sınmayan, əyilməyən, çox dözümlü. cəfakeş, mübariz bir şəxsiyyətsiniz. Sizin mübarizə dolu şərəfli fədakar həyatınız gələcək nəsillərimizə bir göstərici, bir örnək və bir canlı nümunədir. Mən detallara getmədən, Sizin gördüyünüz işıəri sadalamadan böyük ürəklə deyərdim ki, Siz xalqımız, millətimiz, vətənimiz üçün gücünüzdən artıq çox işlər görmüşsünüz. Sizin gördüyünüz bu işlər xalqımızın milli – azadlıq hərəkatı tarixində özünə məxsus yer tutur.. Bunu iftixarla deyərdim ki, Siz sağlığınızda öz fədakarlığınız və əzminizıə mübarizə yoldaşlarınızın və əqidədaşlarınızın qəlbində öz əbədi və monolit heykəlinizi ucaltmısınız. Bu cəhətdən siz xöşbəxt adamsınız. Sizi uzun illər tanıdığımdan böyük qurur duyuram. Yaxşı xatırlayıram,onda hələ orta məktəbdə oxuyurduq. Mən buraxılış sinfində, siz isə 6- cı sinifdə. Hardansa uzaq bir yerdən gəlirdim. Kəndimizdən ( Qubadlı rayonunun Məmər kəndi ) bir az aralı, Gen dərənin yaxınlığında, dağlar qoynunda, çox gözəl və mənzərəli guşədə yerləşən əfsanəvi Şirin bulağa dönüb su işmək istədim. Gördüm ki, Siz kəndimizin bir neçə qızları ilə növbə ilə səhənglərə su doldurur, vaxtdan istifadə edib kitab oxuyurdunuz. Sizi belə görəndə çox sevindim. Düşündüm ki, nə yaxşı bizim qızlarımız qeybət eləmir dərs oxuyurlar? Sizi yaxşı tanıyırdım, bilirdim ki, dərs əlaçısı, nümunəvi şagirdsiniz. Dedim ki, əgər axıra qədər belə oxusanız, mütləq arzunuza çatar, istədiyiniz İnsitituta daxil olar və beləliklə də xalqımıza, vətənimizə layiq bir övlad olarsınız. Millətimizin gəıəcək taleyi məhz Sizin kimi gənclərin fədakarlığından asılıdır. Bunu heç zaman unutmayın! Sonra öyrəndim ki, Siz Xarici Dillər İnsititutuna daxil olmusunuz. Onu da eşitmişdim ki, mən Universitetin ikinci kursunda oxuyarkən milli məsələ üstündə bir il müddətinə uzaq bir dağ kəndinə sürgün olunarkən Siz həqiqətdən uzaq, deyilən şayiələrə, dedi- qodulara inanaraq bir neçə gün ağlamışsınız.

SINMAYAN  QADIN

Əziz və hörmətli Səkinə xanım. Sizi bu əziz gününüzdə bir daha ürəkdən və səmimi qəlbdən təbrik edir, sağlıqlı uzun ömür, xalqımızın xöşbəxtliyi və bütöv Azərbaycan naminə apardığınız fəaliyyətdə möhtəşəm uğurlar arzulayıram.

TANRI SİZİ QORUSUN!
TANRI TÜRKÜ QORUSUN!
Aşağıdakı şəkildə: Səkinə xanım Azərbaycan Xalq Hərəkatı və Azərbaycan Milli- Azadlıq Hərəkatı mitinqlərini ilk dəfə Azərbaycanın üç rəngli milli bayrağını hazırlayıb təmin edən Gültəkin ana və Turan Xalq Demokratik Partiyasının Xaqanı Rafiq Turabxanoğlu ilə birlikdə.

SINMAYAN  QADIN

Müəllif: Nizami Təhməzov

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər