Gündəm
Gündəm / Hadisə / Dünya
"Əl-Cəzirə müxbirinin öldürülməsindən dəhşətə gəldim" - BMT rəhbəri
BMT-nin Baş Katibi Antonio Quterres deyib ki, o, çərşənbə günü Fələstin əsilli amerikalı Əl-Cəzirə jurnalisti Şirin Əbu Əqlanın öldürülməsindən "dəhşətə gəlib".
"MUMtv.az" xəbər verir ki, ABŞ da bu qətli pisləyib və jurnalisti "əfsanəvi reportyor " adlandırıb.
51 yaşlı Əbu Əqla işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin basqını izləyərkən həlak olub. Onun prodüseri xəsarət alıb.
Əl-Cəzirə İsrail əsgərlərinin onu “qəsdən” vurduğunu bildirib. İsrailin Baş naziri deyib ki, onun fələstinli silahlılar tərəfindən vurulması ehtimalı var.