Gündəm

“Küçələrdə yol polislərinin sayı azaldılsın!” — Deputatdan nazirə TƏKLİF
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 

"İstərdim ki, şəhərdə yol polisi əməkdaşlarının sayı azaldılsın”. 


MUMTV.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a millət vəkili Çingiz Qənizadə yol polisi sistemində edilın dəyişikliklərə münasibət bildirərkən deyib.


Nazir Vilayət Eyvazovun yol polisləri ilə bağlı son dəyişikliklərini yüksək qiymətləndirən Çingiz Qənizadənin sözlərinə görə, atılan addımlar yol polisi sistemində işin keyfiyyətini daha da yaxşılaşdıracaq. 


"Yol polisi əməkdaşları  qanunvericilikdə nəzərdə tutulan normadan qat-qat artıq işləyirdilər və bu da təbii ki, onların yorğunluğuna və başqa neqativ məqamlara gətirib çıxarırdı. Onların növbəli iş rejiminə keçməsi olduqca vacib idi”, - deyə millət vəkili bildirib. 


Çingiz Qənizadə yol polisi sistemində başqa bir əhəmiyyətli məsələyə diqqət çəkib. "Bəzən rayon polis bölmələri yaxud şöbələri əməkdaşlarının olduğu ərazilərdə şəhər polisinin əməkdaşları xidmət keçir. Bu da anlaşılmazlıqlara gətirib çıxarır. Yəni, tutaq ki, hansısa rayonun ərazisində hadisə baş verirsə, o zaman belə rəy yaranır ki, həmin vaxt orada xidmət keçən polis əməkdaşları həmin rayonun polisləridir. Amma sonra bəlli olur ki, şəhər polisləri imiş. Burada bir tənzimlənmə olmalıdır. Konkret bilinməlidir ki, hansı ərazilər hansı rayona aiddir və polis əməkdaşları da işlərinin öhdəsindən gəlməsi üçün ərazilərini dəqiq bilməlidirlər.


Digər tərəfdən onsuz da şəhər başdan-ayağa kameralaşdılırıb. Ona görə də yol polisi maşınlarının çox şəhərdə çox olmasına ehtiyac yoxdur. Bu müəyyən mənada qıcıq yaradır. Hesab edirəm ki, qayda pozuntuları elektron versiyalarla qeydə alındığı üçün bu sahədə də müəyyən islahatların aparılması məqsəsduyğun olar”, -deyə millət vəkili vurğulayıb.


Çingiz Qənizadə həmçinin bildirib ki, avtomobillərin texniki baxışı zamanı vətəndaşlar əziyyət çəkir. Millət vəkili bu sahədə də islahatların aparılacağına ümid etdiyini bildirib.   "Burada əhalinin narazılığına səbəb olan məqamlar varsa, bununla bağlı da tədbilər barədə düşünüləcək” – deyə o əlavə edib.


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər