Gündəm

Putin Zelenskini niyədevirmək istəyir?

2019-cu ildə Ukrayna prezidenti seçilən keçmiş komediya ustası Vladimir Zelenski indi Avropanın yaxın tarixindəki ən ciddi böhranın əsas aktyorlarından birinə çevrilib. Bəs,  bu Zelenski kimdir və Putin niyə onu devirmək istəyir?

"MUMtv.az"  Vladimir Aleksandroviç Zelenskinin həyatını təqdim edir.  

Zelenskinin hakimiyyətə gəlməsi əvvəlcə zarafat kimi görünürdü. “Xalqın qulluqçusu” serialında təsadüfən prezident rolunu canlandıran məşhur komediya ustası Vladimir Zelenski qəfildən özünü prezident kürsüsündə tapıb.
Ukraynanı sarsıdan Qərbyönümlü Narıncı İnqilabdan, 2014-cü il Maydan İnqilabından və Krımın Rusiyaya ilhaqından sonra Zelenski  Ukrayna prezidenti Poroşenkonu məğlub edərək prezident seçildi. Zelenskinin seçilməsinə xalq arasında rəğbət bəsləndi. O, 73,2 faiz səs toplayıb.
 Adını serialdan götürən “Xalqın qulluqçuları” partiyasının namizədi olan Zelenski zəngin oliqarxlara və şokolad kralı Poroşenkoya qarşı “təzə” bir ad olaraq gündəmə gəlib. Bununla belə, heç bir siyasi təcrübəsi olmayan Zelenskinin ölkəni necə idarə edəcəyi də maraq doğururdu.
Müəyyən mənada Zelenski siyasi təcrübəsizliyi ilə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və ABŞ-ın keçmiş prezidenti Donald Trampla müqayisə edilib. Yenə də onun adı Trampla bağlı qalmaqalla beynəlxalq gündəmə gəlib. Məlum olub ki, Donald Tramp 2020-ci il seçkiləri öncəsi demokrat rəqibi Co Baydenin oğlu Hunter Baydenin Ukraynada korrupsiyaya uğraması ilə bağlı iddiaları araşdırması üçün ona təzyiq edib.
Rusiya lideri Vladimir Putin və qərbyönlü Zelenski arasında münasibət  heç də  yaxşı  olmayıb. 2019-cu il seçkilərindən bir neçə ay sonra Parisdə görüşəndə Putin bunu “vacib addım” kimi qiymətləndirib.  Zelenski “Düzünü desəm, çox az irəliləyiş var” şərhini verib. O vaxtdan bəri iki lider arasında gərginlik durmadan artıb.
Zelenskinin Qərbə israrla “Bizi NATO-ya daxil edin” çağırışı Putini hiddətləndirib. NATO-nun şərqə doğru genişlənməsini milli təhlükə olaraq gördüyünü ifadə edən Putin, ABŞ və NATO-dan şərqə doğru genişlənmənin olmayacağına dair yazılı təminat istəyib və bunu ala bilməyəndə müharibəni alovlandırıb. Bayden administrasiyasının dəstəyi isə qonşu NATO ölkələrinə silah göndərmək, əlavə qüvvələr göndərmək və sanksiyaları elan etməklə məhdudlaşdırıb. 
Xatırladaq ki,  Zelenski 25 yanvar 1978-ci ildə anadan olub. O, mühəndis və riyaziyyatçılar ailəsindəndir. Kiyev Milli İqtisadiyyat Universitetində hüquq təhsili alıb, lakin hüquq sahəsində heç vaxt işləməyib. Tələbəlik illərindən teatr kollektivlərində iştirak edib. Sonra kabare qrupu yaradıb. 2003-cü ildə media məzmunu istehsal edən əyləncə şirkəti qurub. Elə həmin il kollec dostu Olena Kiyaşko ilə evlənib. Cütlüyün iki övladı var. 2005-ci ildə Ukraynada ən çox baxılan şoulardan biri olan “Veçerniy Kvartal” verilişini yazıb, aktyorluq və aparıcılıq edib. 2015-ci ildə “Xalqın xidmətçisi” serialı ilə məşhurlaşıb. 

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər