Gündəm
Gündəm / Şou
Aparıcının "Çətinə düşsəniz nəyinizi satarsınız?" sualına belə cavab verdi
Əməkdar artist Ədalət Şükürov "Həmin Zaur" proqramına qonaq olub.
"MUMtv.az" xəbər verir ki, müğənni verilişdə pandemiyada sənət adamlarının yaşadığı çətinliklərdən danışıb.
O, aparıcının "Çətinə düşsəniz nəyinizi satarsınız: qızıl, ev, yoxsa maşın" sualına belə cavab verib:
"Qızılla aramız yoxdur. Ailədə bizdə qızıl sevmirlər. Həyatda hər şey olub: bağımızı da, maşınımızı da satmışıq. Normaldır... İnsanıq da, hansısa bir ərəfə olur. Pandemiyada da işimiz yox idi. Müğənnilərin 99 faizi də nəyisə satıb dolanıb. Heç kimə də heç nə deməyib".