Gündəm

Dərdli  Sumqayıt  sakinləri  dəvasız qalıb - VİDEO

MUMtv.az: - Sumqayıt şəhərindən yenə xəbər var. Daha doğrusu daha bir Sumqayıt şəhər sakinindən yenə giley var. (Linkə bax !)

Belə ki, "DogruXeber.az" redaksiyasına bu dəfə Sumqayıt şəhər Kimyaçılar qəsəbə sakini Əliyeva İrina İvanovna və həyat yoldaşı Əliyev Əli tərəfindən videomüraciət daxil olub.

Sakinlər müraciətlərində bildirir ki, 2022-ci ilin yanvar ayının 8-də axşam saatlarında qısa qapanma nəticəsində yaşadıqları mənzil yanıb. O gündən bu günə qədər də qışın soyuğunda ailə hər gün bir qonşuda gecələyir. Yanan evdən heç bir şey çıxarmaq mümkün olmayıb. Artıq, bir neçə gündür ki, ailə çarəsiz vəziyyətdə, döymədiyi idarə qapısı qalmayıb.

Qonşunun redaksiyamıza bildirdiyinə görə Sumqayıt şəhər bələdiyyəsi yanan evin yerinin təmizlənməsi və zibilin daşınmasına kömək edəcəyini desə də, etməyib. Qonşular pul yığıb, yanğından qalan tullantıları ərazidən təmizləyib, daşıyıblar. İcra Hakimiyyəti də sakinlərin düşdüyü durumu nəyinki görməzdən gəlir, hətta şəxsən müraciət etdiklərində belə, qulaqardına vururlar.

Qonşu deyir, "İcra nümayəndəsi Əli müəllimə deyirəm siz bu ailəyə kömək etməlisiniz. Prezidentin də fərmanı var kimsəsizlərə kömək edilməsi barəsində. Əli müəllim deyir, "o fərman 2014-cü ilə qədər qüvvədə idi. Daha kömək edə bilmərik.""

Qeyd edək ki, söhbət Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Axundovdan gedir.



Maraqlıdır, Əli Axundovun müraciət edən rayon sakininə bu cavabı verməsi üçün, yəqin ki, ona cəsarət verən Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərə və sakinlərinə qarşı ögey münasibətidir. Ümumiyyətlə, şəhər sakinləri Zakir Fərəcovun biganəliyindən, saymazlığından da çox gileylənirlər. Hətta, cana doyublar desək, yanılmarıq.

Haqsız da sayılmazlar. Bu yaxınlarda yolumuz təsadüfən Sumqayıt şəhərinə düşmüşdü. Yeri gəlmişkən biz orda olduğumuz gündən bir gün öncə yağış yağmışdı. Yağışın hələ səhəri günü, günəşli havada şəhərin düşdüyü vəziyyəti görəndə, gözlərimizə inanmadıq. Daha doğrusu inanmaq istəmədik. Sənaye şəhərinin küçələrində çay kimi axan çirkab suları, üfunət qoxuyan havası, dizə qədər palçıqlı istirahət parkı sözügedən şəhərin, şəhər adına belə xələl gətirən, acınacaqlı mənzərə idi. Baxmayaraq ki, sənaye şəhəri olduğu üçün Sumqayıt şəhərinin adı da, bəzi həmkarlarımızın dili ilə desək, elə "Sumqayıt kralı" Zakir Fərəcovun özünün adı da zənginlər sırasında ön sıralarda yer alır.

Məsələn, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, yerli mediaya məlum olan sərvətlərinin siyahısına baxın.


RESTORAN və OBYEKTLƏR

1. Sumqayıtda "Şahənə" şadıq sarayı

2. Novxanıda dəniz kənarında "Kalyon" restoranı

3. Yeni Bulvar ərazisində “Dəniz”restoranı

4. Sumqayıtın girişində OS- OİL

5. Sumqayıtda "İST" petrol (50% onundur)

6. Sumqayıtda "Səda Store"

7. 13-cü mikr-da "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik)

8. Sumqayıt bulvarına bitişik yaşayış massivi

9. Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı

10. Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı

11. Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı

12. Qızının idarə etdiyi "UVENTA" gözəllik salonu, eyni adlı estetik mərkəzi

13. "Kimyaçılar" sarayı qarşısındakı "Zəfəran" restoranı


MƏNZİL və VİLLALAR

1. Qurd dərəsi və Novxanı bağlarında 6 villası

2. Corat kəndində 1 villası

3. İzmirin Kuşadasında villası

4. Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil

5. Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil

6. Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa

7. Novxanıda hektarlarla bağ sahəsi

8. Zakir Fərəcov həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.


ŞİRKƏTLƏR

1. “Əsnayə MMC“ şirkəti (kürəkəni Əkrəmindir)

2. “LC-2008 MMC“ şirkəti (kürəkəni Müşviqindir)

3. “RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir)

4. “Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)


QOHUMLUQLAR:

1. Qardaşı oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov

2. Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə

3. Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı

4. Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.

5. Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyev

6. Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev

7. Qardaşının qudası “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov

8. Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. "NORF" adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.

Yeri gəlmişkən, Pravda.az-ın xəbərinə görə, siyahını bloqer Həbib Müntəzir yayıb.

Bəli, gördüyünüz kimi Zakir Fərəcovun pulu var, "tərəf.az" demişkən, 2015-ci ildən bəri Sumqayıt şəhərinə dövlət büdcəsindən 5.000.000 (beş milyon) AZN pul ayrılıb. Nəticəsi barəsində isə heç bir məlumat yoxdur. Demək ki, hörmətli Fərəcovun sakinlərə pul xərcləməyə əli gəlmir. Yəqin, sahib olduğu vəzifəsi kimi, büdcədən ayrılan pulları da özününkü hesab edir. Yoxsa, bu adamlar niyə göz yaşları içində, yalvarmaq məcburiyyətində qalsın ki?!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər