Gündəm

İmişlidə Məşğulluq Mərkəzi tərəfindən vətəndaşlara verilməli olan qoyunları pul müqabilində başqa şəxslərin istifadəsinə verəcəyini vəd edən Əlihüsyen Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məhkəmədə məlum olub ki, şahidlər onu “əli hər yerə keçən Əlihüseyn” kimi tanıyıblar. 

"MUMtv.az" musavat.com-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Əlihüseyn Məmmədov İmişli rayonunun Xoşçobanlı kəndində bir neçə nəfərə qarşı dələduzluq edib.

İstintaqla müəyyən edilib ki, 66 yaşlı Əlihüseyn kişi bir nəfərdən həbsdə olan yaxınlarını Ali Məhkəmənin qərarı ilə həbsdən azad etdirmək üçün 10 min manat, başqa bir nəfərdən həbsdə olan yaxınının cəzasının azaldılması üçün 7 min manat, 6 nəfərdən Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulan 21 qoyunu onların adına alacağı vədi ilə 600-1000 manat , 1 nəfərə Dövlət Məşğulluq Mərkəzindən avtoyuma üçün avadanlıqlar almaq adı ilə 1000 manat pul alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə dindirilən Əlihüseyn Məmmədov özünü təqsirli bilərək deyib ki, adam oğurluğuna görə həbs edilən ər və arvadı həbsdən çıxarmaq üçün onların yaxınlarıdan 10 min manat pul alıb. Həmin məbləğin min manatını vəkillərə verib, qalan 9 min manatını isə öz ehtiyaclarına xərcləyib.

O, digər şəxslərdən Məşğulluq Mərkəzi tərəfindən ayrılan qoyunları alıb verəcəyi vədi ilə pul aldığını etiraf edib və əməlindən peşman olduğunu bildirib.

İş üzrə şahid qismində dindirilən şəxslər Əlihüseynin Məmmədovun cinayət əməllərinin təfərrüatı barədə danışıblar.

Adam oğurluğuna görə həbs edilən Bahadur və arvadı Məlahətin yaxını deyib ki, Əlihüseynlə Qədir adlı tanışının vasitəsi ilə əlaqə yaradıb.

“Qədir dedi ki, Azərbaycanda sözü keçən üç nəfər varsa, biri də Əlihüseyndir. Pulu vermək üçün həyətdə olan mal-qaranı satdım. Məhkəmədə məlum oldu ki, heç bir kömək etməyiblər. Hökm qüvvədə qaldı və onları həbsdən buraxmadılar. Heç olmasa biri azadlığa çıxsaydı, xəstə uşaqlarına baxardı. Bu adamdan şikayətçiyəm. Cəza verilməsini və pulumun geri qaytarılmasını tələb edirəm”.

Məhkəmədə şahidlərin dediklərindən məlum olub ki, Ə.Məmmədov bütün bu əməllərini elə çayxanada həll edirmiş. Tanıdığı kim ona müraciət etsə, 1000 manata Məşğulluq Mərkəzindən 21 qoyun ala biləcəyini söyləyib. Hamıdan şəxsiyyət vəsiqəsi və yaşayış yerindən arayış alıb.

Zərərçəkmişlərdən bir neçəsi pullarını geri aldıqları üçün şikayətçi olmayıblar.

Məhkəmə Ə.Məmmədov barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökmdə göstərilib ki, o, iki nəfər zərərçəkmişə ümumilikdə dəymiş ziyan olaraq 21200 manat pul ödəməlidir.

Xatırladaq ki, İmişlidə Məşğulluq Mərkəzinin direktoru da eyni əməllərə görə məsuliyyətə cəlb edilib.

Mərkəzin direktoru Elxan Rüstəmlinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

E.Rüstəmlinin Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulan məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka sorğusu keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq işsiz vətəndaşlar üçün dövlət büdcəsindən ayrılmış 55 min manat məbləğində vəsaitin faktiki olaraq yalnız 40 min manatlıq hissəsini ödəməsinə, qiymətlərin şişirdilməsi yolu ilə 15 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə də dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər