Gündəm

Rektor ƏMRLƏRİ KİMDƏN ALIR: ŞOK FAKT... - Cəfərov Elmar Vəliyevə BİƏT EDİRMİŞ...

MUMtv.az: - Gəncə Dövlət Aqrar Universiteti ( DAU ) və rektor İbrahim Cəfərov barəsində media üzərindən apardığımız xırda bir araşdırma ortaya xeyli suallar çıxardı.

Suallara keçməzdən öncə onu qeyd edək ki, rektor və ətrafı yazılan tənqidi yazılara görə, ancaq mətbuatı ittiham edir. Yəni özlərini az qala süddən çıxan qaşıq hesab edirlər.
Əlbəttə, biz demirik ki, mətbuatın yazdıqlarının hamısı 100 faiz düzdür. Amma ...
İndi görün, universitetin prorektoru Nizami Seyidəliyev yazılan tənqidlərə necə münasibət bildirib: “ Şəhərimizin icra başçısı Elmar müəllim İbrahim müəllimə qəti tapşırıb ki, qəzet və saytlarda dərc olunan məqalələrə əhəmiyyət verməsin. O bizim arxamızda dağ kimi dayanıb. İbrahim müəllim də kim nə yazır yazsın prinsipi ilə Elmar müəllimə arxayındır və bilirik ki, cənab başçı bizə təzyiq edənlərə lazımi cavabı verəcək”.(gundelik-baku)Deməli, prorektor deyir ki, ozamankı icra başçısı Elmar Vəliyev rektor İbrahim Cəfərova tapşırıb ki, mətbuatda yazılan tənqidə-zada fikir vermə.
Gör ölkənin təhsil ocağı hansı prinsiplə işləyir. İcra başçısı kimdir ki, rektora tapşırıq, özü də belə rüsvayçı tapşırıq versin ?
Əlbəttə, bizə də məlumdur ki, bu gün də rektor İbrahim Cəfərov sabiq kənd təsərrüfatı naziri İsmət Abasovun, şəhərin keçmiş başçısı Elmar Vəliyevin tapşırıqları ilə oturub-durur.
Prezident özü dəfələrlə medianı öz köməkçisi, dostu elan edibsə, sən kimsən axı, cənab İbrahim Cəfərov, medianın yazdıqlarını nəzərə almayasan.
Media nə yazır ki ?
Yazır ki, universitetdə həmişə dərsə gəlməyən tələbələr “aylıq” ödəyib. Media yazır ki, rektor ixtisar adı altında təcrübəli müəllimləri işdən çıxardıb kimlərisə işə götürür və elə-belə götürmür.
Mətbuat neçə vaxtdır qeyd edir ki, tələbələr imtahanlarda pul verməkdən beziblər...
Hazırda DAU-da adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara hansı saxta yollarla və necə maaş yazılmasını, onlara yazılan pulları da kimlərin almasını media yazır. Bunlar düz deyilmi, cənab rektor ?
Meşələrin qənimi, meşə gözətçilərinin maaşlarını illərdir həzm edən, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev neçə ildir Aqrar Universitetin müəllimidir.
Cənab rektor! İqbal Əliyevi bircə dəfə universitetdə görən olubmu ?
Onu tələbələr tanıyırmı..?
Belə “ölücan” məmur-müəllimlər, laborantlar kifayət qədərdir universitetdə.
Onların maaşını kim alır, cənab rektor ?
Bəlkə ölü canların maaşlarını bəyənmədiyiniz baş redaktorlar alıb ciblərinə qoyur ?
Cənab rektor !
Siz Gəncədə dairə Seçki Komissiyasının sədri olanda işçiniz 33 yaşlı Elnurə Orucova intihar edib. Bu barədə mediadan yazıları kim sildirib ?
Niyə ? Bunun əvəzində açıqlama verə bilməzdiniz ?
Xanımın intihar məktubunu niyə gizlədilər ?
Suallar çoxdur e, cənab rektor. Bununla biz deyil, yəqin ki, yaxın zamanlarda hüquq-mühafizə orqanları məşğul olacaq.
Və sonda sizə bir məsələhət.
Elmarlara, ismətlərə, güvənmə. Onların aqibəti bəllidir. Nəticə çıxart.
Bir də bir xatırlatma-yada salma:
Yadındadırmı, İbrahim Cəfərov ! Sizin əməllərinizdən yazdığımız üçün KİVDF-nin ozamankı rəhbəri Vüqar Səfərli başda olmaqla onun dəstəsini Gəncəyə dəvət edib restoranlarda qonaqlıqlar, sonra pay-püşlər payladın. İndi dostun Vüqar Səfərli səbrsizliklə sənin yolunu gözləyir, cənab rektor.
RUBRİKA.AZ

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər