Gündəm

Təhsil Nazirliyində
Təhsil Nazirliyi son 10 ildə əməlli-başlı "narxoz”laşdı, rəhbərliyin çoxu "Narxoz”un məzunlarıdır. Onlardan biri də Firudin Qurbanovdur.
2014- cü ildən Azərbaycan Respublikasının təhsil nazirinin müavini olan Firudin Qurbanov barəsində yazmaq üçün onun rəsmi tərcümeyi-halına nəzər saldıq.

Cənab Qurbanov 1952-ci ildə Ağsuda anadan olub. Sonra keçmiş "Narxoz”u bitirib. Sonralar isə xeyli müddət müxtəlif nazirliklərdə orta ranqlı vəzifələrdə çalışıb.
Wikipediya-da yazılanlara görə, Firudin müəllimin futbolumuzun inkişafında böyük əməyi olub.
Vallah, belə məqamda adam yazmağa söz tapmır. Futbolumuzun hansı dərəcədə inkişaf etdiyi hamımıza aydındır. Əlbəttə, hamımız istəyərdik ki, dünya səviyyəli futbolumuz olsun.
İkinci, Firudin müəllimin ömür yolunda bir maraqlı məqamda var.
Firudin müəllim 2015-ci ilin may ayında Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
Təsəvvür edirsiniz, 2015- 1952 = 63 yaşlı qosqoca kişi gənc futbolçu tələbələrin rəhbəri seçilib. Məncə, əlavə şərhə ehtiyac yoxdur.
Sonralar Firudin Qurbanov bir müddət BDU-da rektor əvəzi də işləyib. Həmin dövrün canlı şahidləri deyir ki, rektor əvəzi BDU-nun olub-qalan nüfuzunu da zay günə qoydu.
Tələbələrin xaricdən köçürülməsinin qiymətləri Firudin müəllimin sayəsində çox bahalaşdı. Müəllimlərin işə tam və yarımştat düzəlməsi, saathesabı dərslər Firudin müəllimin ''sehrli çubuğu'' ilə qalxdı.
Firudin müəllim kimlərisə işə düzəldəndə təkcə pul-paranı deyil, məmurların sevgisini də nəzərə alırdı. Beləcə, cənab rektor əvəzi BDU-nun köhnə bazarına təzə nırx qoymuşdu.
Hələ Firudin müəllimin məmur dostlarının uşaqlarının imtahanlarını tapşırmaq, qayıb sildirmək və s. adi normaya çevrilmişdi.
Bəli, Firudin Qurbanov millətin təhsili üzərində özünə əməlli-başlı biznes qura bilib.
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir.
Onun xaricdəki biznesini qardaşı idarə edir.
Bəli, Firudin müəllim həm də yaxşı tacirdir. Xidmət və ticarət sahəsinə təcrübəli kadrdır.
Amma qanunlarımız məmurun biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Ancaq belə qadağalar bizim məmurların gözünə görünmür.
Deyilənə görə nazir olmaq istəyən Firudin Qurbanov cənab nazirlə bağlı mediaya "pas” ötürür. //gundelik-baku.com//

Son xəbərlər

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Bütün xəbərlər