Gündəm
Gündəm / Siyasət
Rusiyada hərbi zavodda partlayış
MUMtv.az: - Rusiyanın Nijeqorod vilayətində silah-sursat istehsalı zavodunda partlayış baş verib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, zavodda bir neçə partlayış səsi eşidilib. Partlayışdan sonra yanğın başlayıb.
İlkin məlumata görə, hadisə nəticəsində zavodun iki işçisi xəsarət alıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, zavodun ərazisində partlayıcı maddələrin olması mümkündür.
Yanğınsöndürənlərdən ibarət briqadalar hadisə yerinə yola düşüb.