Hadisə
Hadisə
Sexdə partlayış oldu, xəsarət alanlar var
Abşeron rayonunda sexdə partlayış qeydə alınıb.
Bu barədə Mumtv.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, hadisə rayonun Novxanı yolu, "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.
Belə ki, sexdə yanğınla nəticələnən partlayış olub.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar da var.