Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin direktoru Zahid Qəribov vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, bununla bağlı səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev əmr imzalayıb.
Qeyd olunub ki, Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin direktoru vəzifəsinə Elşad İbrahim oğlu Hacıyev təyin edilib.