Gündəm

Bakı metrosunda tarixin ən ölümcül qatar fəlakətindən 26 il ötür
 
MUMtv.az: - Bu gün 1995-ci ilin 28 oktyabrında Bakı metrosunun "Ulduz" və "Nərimanov" stansiyalarında baş verən yanğından 26 il ötür. 
Faciədə 28-i uşaq olmaqla 289 nəfər həlak olub, 270 nəfər yaralanıb. 
Yanğının səbəbi elektrik nasazlığını hesab olunsa da, bunun terror olduğu da istisna edilmir. Lakin məsələni uzun müddət araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. 
Qeyd edək ki, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Buna görə də o, "Ginnesin rekordlar kitabı"nda "birincilik" qazandı. 
Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 
Azərbaycan Respublikasının 3-cü prezidenti mərhum Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilmiş, qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə 1 milyon manatlıq yardım verilməsi təmin olunmuşdu. 
Hadisənin gözləri qarşısında baş verdiyini deyən stansiya rəisi Şaiq Heydərov hələ də metroya düşəndə gözünün özündə meyitlər görünür:
"1995-ci ilin bu günü axşam saatları idi. Təxminən saat 5-6 olardı. 27-ci marşrut idi, gəldi, stansiyanın ikinci yolunda dayandı. Sərnişinləri götürdü və tunelə təxminən 100 metr girəndən sonra partlayış səsi eşidildi, ardınca alışma başladı, yanğın oldu. Partlayışdan sonra artıq stansiyada aləm bir-birinə qarışmışdı.
Ölən və yaralı o qədər idi ki… Vaqonlarda qalan digər sərnişinləri Nərimanov rayon Polis İdarəsinin işçiləri gəlib çıxardılar. Yanğın baş verdiyindən qatı tüstü var idi. Mən özüm hadisə zamanı zəhərlənmişdim. Hadisədən sonra psixoloji sarsıntı yaşadım. 6 ay müalicə almışam. Hadisənin əsas şahidi bu gün bircə mənəm. Hadisəni bu gün də olduğu kimi xatırlayıram. İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə".

Son xəbərlər

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Bütün xəbərlər