mumtv.az
mumtv.az

Azərbaycanda bu yolda qaya uçdu - YOL BAĞLANDI

12-10-2021, 11:01

Azərbaycanda bu yolda qaya uçdu - YOL BAĞLANDI

Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrliyində qaya uçqunu hadisəsi baş verib.

"MUMtv.az"  Ölkə.az-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA