Gündəm

Xanlar Vəliyev Hərbi Prokurorluqda aparılan islahatlarından DANIŞDI
 
MUMtv.az: - "Dövlət başçısının müdrik tövsiyələri rəhbər tu­tulmaqla prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin re­allaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür".

Bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Xəlq qəzeti"nə müsahibəsində bildirib.

"Hərbi prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşdırıl­ması, eləcə də, fəaliyyətinin çevikliyinin və səmərəliliyinin daha da artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırıl­ması məqsədilə Azərbaycan Respubli­kası Hərbi Prokurorluğunun yeni struk­turu təsdiq olunmuş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmiş, Kriminalistika şöbəsi ilə İnformasiya-kommunikasiya texnolo­giyaları şöbəsi birləşdirilərək Krimina­listika və informasiya texnologiyaları idarəsi yaradılmış, bəzi şöbələr ləğv edilərək onların bazasında yeni idarə və şöbələr, o cümlədən, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsi və Təşkilat və icraya nəzarət şöbəsi yaradılmışdır", - Hərbi prokuror deyib.

X.Vəliyev əlavə edib ki, sadalananlarla bərabər, prokurorlu­ğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülüb: "O cümlədən idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, həmçinin struktur qurumlarla rayon (şəhər), ərazi hərbi prokurorluqları arasında münasibətlərin nizamlanması kimi ayrı-ayrı sferala­rın tənzimlənməsini müasir tələblər səviyyəsində təmin edən, eləcə də, quruluş etibarı ilə mükəmməl, müasir tələblərə uyğun, asan başa düşülən və tez qavranılan, praktik cəhətdən səmərəli olan Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun "İşin Təşkili Qaydaları” hazırlanmış­dır. Bununla əlaqədar olaraq artıq əhəmiyyətini itirmiş, dövrün tələblərinə cavab verə bilməyən və təcrübədə tətbiqi ciddi çətinliklər yaradan 100-dən çox əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur".

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər