Gündəm

 “Kor­rup­si­ya şə­bə­kəsi­nin mə­su­liy­yə­tə cəlb olunması tə­min edi­lə­cək” - Baş prokuror yeni həbsləri anons etdi
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev "Milli Məclis” jurnalına müsahibə verib. Dia.az saytı həmin müsahibəni təqdim edir:

- Kamran müəllim, ölkədə həyata keçirilən çoxşaxəli islahatlar çərçivəsində sizin rəhbərliyinizlə prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsi istiqamətində işlər aparılır. Bu gün hansı nailiyyətlərdən danışmaq olar?

­­Qeyd­ edim­ ki,­ pro­ku­ror­luq or­qan­la­rın­da ­is­la­hat­la­rın ­də­rin­ləş­­di­ril­mə­si ­və ­fəaliy­yə­tin­ tək­mil­ləş­di­­ril­mə­si­ Azər­bay­can­ Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­ cə­nab ­İl­ham­ Əli­ye­vin 2020­-ci­ il­ ma­yın ­1-də­ Azər­bay­can Res­pub­li­ka­sı­nın­ Baş­ pro­ku­ro­ru­ və­­zi­fə­si­nə ­tə­yin­­ olun­ma­ğım­la ­bağ­lı qə­bul­ edər­kən­ qar­şı­mız­da­ qoy­du­ğu mü­hüm­ tap­şı­rıq ­və ­töv­si­yə­lə­rə­ əsa­­sən­ hə­ya­ta ­ke­çi­ri­lir.

O­ vaxt­dan ­ötən ­dövr ­ər­zin­də Baş Pro­ku­ror­lu­ğun­ rəh­bər­li­yin­də ­kadr is­la­hat­la­rı­ apa­rı­la­raq­ ye­ni­ ça­ğı­rış­la­­ra ­ca­vab­ ve­rən ­kadr­lar ­və­zi­fə­də­ irə­li çə­kil­mək­lə­ Baş­ pro­ku­ro­run ­bi­rin­ci müavi­ni­ və ­müavin­lə­ri ­və­zi­fə­lə­ri­nə tə­yin­ edil­miş,­ ha­be­lə­ ida­rəet­mə­də nə­za­rət­ me­xa­niz­mi­nin­ op­ti­mal­laş­dı­­rıl­ma­sı­ məq­sə­di ­ilə ­Baş­ pro­ku­ro­run da­ha ­bir­ müavi­ni­ və­zi­fə­si­ tə­sis­ edi­lə­­rək­ mü­va­fi­q­ tə­yi­nat ­apa­rıl­mış­dır.

Ey­ni ­za­man­da, ­pro­ku­ror­luq ­or­­qan­la­rı­nın­ cə­miy­yət­də ­for­ma­la­şan ye­ni­ ça­ğı­rış­la­ra­ adek­vat ­uy­ğun­laş­ma­­sı­ və ­fəaliy­yə­tin­də ­şəf­af­ı­ğın­ tə­min edil­mə­si, ­işin­ çe­vik­li­yi­nin­ və­ sə­mə­­rə­li­li­yi­nin­ ar­tı­rıl­ma­sı,­müasir­ döv­rün tə­ləb­lə­ri­nə ­ca­vab­ ve­rən­ pe­şə­kar ­kadr­­la­rın­ for­ma­laş­dı­rıl­ma­sı­ məq­sə­di ­ilə Azər­bay­can­ Res­pub­li­ka­sı­ Pre­zi­den­­ti­nin ­2020­-ci ­il ­iyu­nun­ 10-­da­ ver­di­yi sə­rən­cam­la­ Azər­bay­can­ Res­pub­li­ka­sı Baş­ Pro­ku­ror­lu­ğu­nun ­ye­ni ­st­ruk­tu­­run­da ­ida­rə­ və­ şö­bə­lə­rin sa­yı­ 15-­dən 18­-ə­ çat­dı­rıl­mış­dır.
­Həm­çi­nin­, Baş Pro­ku­ror­lu­ğun­ Ağır ­Ci­na­yət­lə­rə­ Dair İş­lər­ üz­rə ­İs­tin­taq­ İda­rə­si­ ilə­ Ba­kı­ Şəhər­ Pro­ku­ror­lu­ğu­nun­ İs­tin­taq ­İda­rə­si bir­ləş­di­ri­lə­rək ­Baş­Pro­ku­ror­lu­ğun İs­tin­taq ­İda­rə­si­ ya­ra­dıl­mış­dır.

Bun­dan ­baş­qa, ­Baş­Pro­ku­ror­lu­ğun bə­zi­ ida­rə­lə­ri ­ləğv ­edi­lə­rək­ on­la­rın ba­za­sın­da­ Təş­ki­lat­ və ­ic­ra­ya­ nə­za­rət,­ Xid­mə­ti­ araş­dır­ma­lar,­ Bey­nəl­xalq hü­qu­qi ­əmək­daş­lıq,­ Hü­qu­qi ­tə­mi­nat və­ in­san­ hü­quq­la­rı ­mə­sə­lə­lə­ri,­ Kri­mi­­na­lis­ti­ka­ və ­in­for­ma­si­ya ­tex­no­lo­gi­ya­­la­rı, Sə­nəd­lər­lə və mü­ra­ciət­lər­lə işin təş­ki­li ida­rə­lə­ri tə­sis edil­miş, bun­dan əla­və pro­ku­ror­lu­ğun fəaliy­yə­tin­də ma­hiy­yət­cə ye­ni olan 2 Ci­na­yət tə­qi­bin­dən kə­nar ic­raat­lar və Xü­su­si mü­sa­di­rə mə­sə­lə­lə­ri­nin əla­qə­lən­di­ril­­mə­si ida­rə­lə­ri ya­ra­dıl­mış­dır.

Bu­nun­la ya­na­şı, məh­kə­mə­lər­­lə döv­lət it­i­ha­mı­nın mü­da­fiəsi­nin key­fiy­yə­ti­nin ar­tı­rıl­ma­sı, bu sa­hə­də va­hid təc­rü­bə­nin for­ma­laş­dı­rıl­ma­sı məq­sə­di ilə mü­va­fiq əmr­lə Baş Pro­ ku­ror­lu­ğun Döv­lət İttiha­mı­nın Mü­­da­fıəsi üz­rə İda­rə­si­nin ye­ni st­ruk­tu­ru təs­diq edil­miş­dir.

St­ruk­tur is­la­hat­la­rı Baş pro­ku­ror ya­nın­da Kor­rup­si­ya­ya qar­şı Mü­ba­ri­­zə Baş İda­rə­sin­də, Azər­baycan Res­­pub­li­ka­sı­nın Hər­bi Pro­ku­ror­lu­ğun­da və Ba­kı Şə­hər Pro­ku­ror­lu­ğun­da da apa­rıl­maq­la Baş Pro­ku­ror­lu­ğun st­­ruk­tu­ru­na uy­ğun­laş­dı­rıl­mış­dır.

Qeyd olu­nan st­ruk­tur is­la­hat­la­rı ilə ya­na­şı, pro­ku­ror­luq or­qan­la­rın­­da işin tək­mil­ləş­di­ril­mə­si və müasir döv­rün tə­ləb­lə­ri­nə ca­vab ver­mə­si üçün əv­vəl­lər möv­cud ol­muş çox­say­­lı əmr­lər ləğv edil­miş və "İşin təş­ki­li qay­da­la­rı” ha­zır­la­na­raq 2020-ci il iyu­lun 30-da Baş Pro­ku­ror­lu­ğun kol­­ le­gi­ya­sın­da təs­diq edil­mək­lə 2020-ci il av­qus­tun 1-dən pro­ku­ror­luq or­­qan­la­rın­da tət­biq edil­mə­yə baş­lan­­mış­dır.

Ye­ni qay­da­la­rın tət­bi­qi, elə­cə də apa­rı­lan st­ruk­tur və kadr is­la­hat­la­rı pro­ku­ror­luq or­qan­la­rı­nın fəaliy­yə­ti­­ nin çe­vik­li­yi­ni ar­tır­maq­la, müx­tə­lif bü­rok­ra­tik ma­neələ­ri ara­dan qal­dır­­maq­la işin key­fiy­yə­ti­nin yük­səl­mə­si­­ nə sə­bəb ol­muş­dur.

- Cənab Prezidentin qeyd etdiyi kimi, gənc və peşəkar kadrla­rın irəli çəkilməsi dövrümüzün tələblərindəndir. Prokurorluq orqanlarında kadr potensialı­nın formalaşmasında hansı dəyərlər önə çəkilir?

- Pro­ku­ror­luq or­qan­la­rın­da apa­­rı­lan st­ruk­tur is­la­hat­la­rı ilə ya­na­şı, kadr is­la­hat­la­rı da hə­ya­ta ke­çiril­miş və bu pro­ses da­vam et­mək­də­dir.

Kadr is­la­hat­la­rı nə­ti­cə­sin­də gənc, ki­fa­yət qə­dər təc­rü­bə­si olan əmək­­daş­lar çox mü­hüm və­zi­fə­lə­rə irə­li çə­kil­miş­dir. Və­zi­fə­də irə­li çə­ki­lər­­kən hər bir əmək­da­şın pe­şə­kar­lıq sə­viy­yə­si, təc­rü­bə­si, nə­zə­ri bi­lik­lə­ri, ana­li­tik təh­lil apar­maq qa­bi­liy­yə­ti, xa­ri­ci dil­lə­ri bil­mək sə­viy­yə­si, və­tən­­ daş­lar­la mü­na­si­bə­ti, on­lar­la dialoq qur­maq qa­bi­liy­yə­ti, ic­ra in­ti­za­mı, əda­lət­li ol­ma­sı, döv­lə­tin ma­raq­la­rı­nı şəx­si ma­raq­la­rın­dan üs­tün tut­ma­sı, mə­nə­vi key­fiy­yət­lə­ri və di­gər bu ki­mi amil­lər nə­zə­rə alın­maq­da­dır.

Xü­su­si­lə qeyd et­mək is­tə­yi­rəm ki, apa­rıl­mış kadr is­la­hat­la­rı nə­ti­cə­sin­də 9 qa­dın pro­ku­ror­luq əmək­da­şı və­zi­­fə­də irə­li çə­kil­miş, on­lar­dan 2-si Baş Pro­ku­ror­lu­ğun ida­rə və şö­bə rəis­lə­­ri, 3-ü ida­rə rəis­lə­ri­nin müavin­lə­ri, müasir pro­ku­ror­lu­ğun ta­ri­xin­də ilk də­fə 2-si ra­yon pro­ku­ro­ru, 1-i ra­yon pro­ku­ro­ru­nun müavi­ni, 1-i isə şə­hər pro­ku­ro­ru­nun bö­yük kö­mək­çi­si və­zi­­fələrinə təyin edilmişdir.

Bildiyiniz kimi, prokurorluq orqanlarına qəbul Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2001-ci il iyunun 19-da təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq həyata keçirilir.
Prokurorluq orqanlarına qəbul zamanı müsabiqənin minimal şərtlərini ödəyən, habelə dövrün tələblərinə cavab verən bilikli, dünyagörüşlü gənclər işə qəbul edilir.

Eyni zamanda, Baş Prokurorluğun "İşin təşkili qaydaları”nın tələblərinə müvafiq olaraq prokurorluğun yuxarıda qeyd etdiyim tələblərinə uy­ğun, öz işin­də nü­mu­nə­vi nə­ti­cə­lər gös­tər­miş, el­mi və pe­şə­kar nailiy­yət­­ lər əl­də et­miş iş­çi­lər­lə komp­lekt­ləş­di­­ril­mə­si, o cüm­lə­dən se­çil­mə­si və yer­­ləş­di­ril­mə­si, həm­çi­nin və­zi­fə­də irə­li çə­kil­mə­si, baş­qa və­zi­fə­yə ke­çi­ril­mə­si məq­sə­di ilə "Pro­ku­ror­luq or­qan­la­rın­­ da qul­luq keç­mə haq­qın­da” Azər­­bay­can Res­pub­li­ka­sı Qa­nu­nun­da gös­tə­ril­miş və­zi­fə­lə­rə tə­yin olun­ma­sı məq­sə­di ilə Kadr Eh­ti­ya­tı Re­yest­ri ya­­ra­dı­lır. Onu qeyd et­mək lazım­dır ki, pro­ku­ror­lu­ğun əsas fəaliy­yət is­ti­qa­­mət­lə­rin­dən olan is­tin­taq sa­hə­sin­də ça­lı­şan pe­şəkar əmək­daş­la­rın mə­sul və­zi­fə­lə­rə irə­li çə­kil­mə­si­nə üs­tün­lük ve­ri­lir.

Onu da bil­di­rim ki, pan­de­mi­­ya ilə əla­qə­dar ötən il pro­ku­ror­lu­ğa qə­bul ke­çi­ril­mə­si müm­kün ol­ma­sa da, bu ilin bi­rin­ci ya­rım ilin­də pro­­ku­ror­luq or­qan­la­rı­na qə­bul­la bağ­lı növ­bə­ti mü­sa­bi­qə­nin ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lur və ina­nı­ram ki, hə­­min mü­sa­bi­qə va­si­tə­si­lə prokurorluğun kadr korpusu savadlı, müasir dünyagörüşlü gənclərin hesabına daha da möhkəmlənəcək və bu da prokurorluğun qarşısında duran vəzifələrin icra edilməsində mühüm rol oynayacaqdır.

- Korrupsiya və rüşvətxorluqla mübarizə vətəndaşla dövlət arasında etimadın yaranmasın­ da, ölkənin dayanıqlı inkişa­ fında ən önəmli məsələlərdən­dir. Son dövrlərdə prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsin­də bir neçə səs-küylü cinayət əməllərinin aşkarlanmasının şahidi olduq. Bu istiqamətdə işlər necə davam etdirilir?

- Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə döv­lət si­ya­sə­ti­nin tər­kib his­sə­si­­ dir. Bu bə­la­ya qar­şı mü­ba­ri­zə daim apa­rı­lır. Ey­ni za­man­da, qeyd et­mə­­li­yəm ki, kor­rup­si­ya­ya qar­şı mü­ba­­ri­zə pro­ku­ror­lu­ğun əsas fəaliy­yət is­ti­qa­mət­lə­rin­dən bi­ri­dir və bu­nun­la əla­qə­dar ix­ti­sas­laş­dı­rıl­mış ci­na­yət tə­qi­bi or­qanı olan Baş Pro­ku­ror ya­­nın­da Kor­rup­si­ya­ya qar­şı Mü­ba­ri­zə Baş İda­rə­si tə­rə­fin­dən bu sa­hə­də bir çox iş gö­rül­sə də, hə­lə də qar­şı­mız­da du­ran bir sı­ra və­zi­fə­lər möv­cud­dur.

Öl­kə baş­çı­sı cə­nab İl­ham Əli­ye­­vin rəh­bər­li­yi ilə apa­rı­lan sis­tem­li is­la­hat­lar nə­ti­cə­sin­də öl­kə­miz­də kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə sa­hə­sin­­də bir sı­ra uğur­lar əl­də edil­miş­dir ki, bu da bir çox bey­nəl­xalq qu­rum­la­rın, o cüm­lə­dən BMT-nin Nar­ko­tik­lər və Ci­na­yət­kar­lıq­la Mü­ba­ri­zə İda­rə­si (UNODC), Av­ro­pa Şu­ra­sı­nın Kor­rup­­ si­ya­ya qar­şı mü­ba­ri­zə apa­ran Döv­lət­­ lər Qru­pu­nun (GRE­CO) he­sa­bat­la­rın­­ da öz ək­si­ni tap­mış­dır.

Onu da xü­su­si vur­ğu­la­maq la­zım­dır ki, ək­sər döv­lət qu­rum­la­rı­­nın iş­ti­ra­kı ilə "Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə­nin güc­lən­di­ril­mə­si üz­rə 2021-2025-ci il­lər üçün Mil­li Fəaliy­­yət Pla­nı” ha­zır­la­nır. Hə­min plan­da kor­rup­si­ya­ya qar­şı apa­rı­lan sis­tem­li, ins­ti­tu­sional mü­ba­ri­zə­nin tək­mil­ləş­­di­ril­mə­si­ni tə­min edə­cək təd­bir­lər nə­zər­də tu­tul­maq­da­dır.

Öl­kə hə­ya­tı­nın müx­tə­lif sa­hə­lə­rin­­ də aş­kar edi­lən kor­rup­si­ya fakt­la­rı ilə əla­qə­dar ci­na­yət iş­lə­ri istin­taq olu­nur, həbs­lər apa­rı­lır. Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə sa­hə­sin­də cə­nab Pre­zi­dent İl­ham Əliye­vin si­ya­si kur­su­na uy­ğun ola­raq məq­səd­yön­lü iş­lər gö­rü­lür və bun­dan son­ra da pro­ku­ror­luq or­qan­la­rı tə­rə­fin­dən bu sa­hə­də cid­di təd­bir­lə­rin gö­rül­mə­si, o cüm­lə­dən kor­rup­si­ya şə­bə­kə­lə­ri­nin, kor­rup­si­­ya sxem­lə­ri­nin aş­kar edi­lə­rək təq­sir­li şəxs­lə­rin mə­su­liy­yə­tə cəlb olunması tə­min edi­lə­cək­dir.

Baş Pro­ku­ror ya­nın­da Kor­rup­­si­ya­ya qar­şı Mü­ba­ri­zə Baş İda­rə­si kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə sahə­­sin­də ix­ti­sas­laş­dı­rıl­mış ci­na­yət tə­qi­bi or­qa­nı ki­mi ya­ra­dıl­sa da, bu sa­hə­də mü­ba­ri­zə tək Baş İda­rə tə­rə­fin­dən de­yil, bü­tün pro­ku­ror­luq or­qan­la­rı, o cüm­lə­dən di­gər hü­quq mü­ha­fi­zə və döv­lət qu­rum­la­rı ilə əla­qə­li şə­kil­də apa­rı­lır.

Bu­nun­la ya­na­şı, kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə sa­hə­sin­də və­tən­daş cə­miy­yə­ti­nin ro­lu­nu xü­su­si vur­ğu­­la­maq la­zım­dır. Bu sa­hə­də fəaliy­yət gös­tə­rən qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı ilə qu­rul­muş sıx əla­qə­lər, on­lar­la bir­lik­də ke­çi­ri­lən maarif­ən­di­ri­ci təd­bir­lər mü­ba­ri­zə­nin ef­ek­tiv­li­yi­nə müs­bət tə­si­r gös­tə­rir.

Ey­ni za­man­da, Baş Pro­ku­ror­lu­­ğun fa­si­lə­siz fəaliy­yət gös­tə­rən Çağ­rı mər­kə­zi və Qay­nar xət­i ilə və­tən­daş­­lar­dan da­xil olan qa­nun po­zun­tu­la­rı ba­rə­də mü­ra­ciət­lər aidiy­yə­ti üz­rə araş­dı­rı­lır.

Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə­də mət­buatın da ro­lu bö­yük­dür. Be­lə ki, mət­buat­da müx­tə­lif və­zi­fə­li şəxs­lər tə­rə­fin­dən kor­rup­si­ya hal­la­rı­na yol ve­ril­mə­si ba­rə­də ya­yım­la­nan mə­lu­­mat­lar araş­dı­rı­lır və hə­min mə­lu­mat­­lar öz təs­di­qi­ni tap­dı­ğı hal­da mü­va­fiq təd­bir­lər gö­rü­lür.

Həm­çi­nin və­tən­daş­lar­la ün­siy­yə­­tin ye­ni for­ma­tı olan Baş Pro­ku­ror­lu­­ğun rəs­mi so­sial me­dia hesab­la­rın­da ke­çi­ri­lən #sualcavab ses­si­ya­la­rı za­ma­nı kor­rup­si­ya hü­quqpoz­ma­la­rı ba­rə­də mə­lumat­lar da da­xil ol­maq­la qə­bul edi­lən çox­say­lı mü­ra­ciət­lə­rə ba­xı­lır və qa­nun­ve­ri­ci­lik­lə nə­zər­də tu­tul­muş hal­lar­da və qay­da­da tam, ob­yek­tiv və hər­tə­rəf­i araş­dır­ma­nın apa­rıl­ma­sı tə­min olu­nur.

Bu­nun­la ya­na­şı, kor­rup­si­ya şə­bə­­kə­lə­ri­nin aş­kar­lan­ma­sı ba­rə­də mə­lu­­mat­la­rın ic­ti­mailəş­di­ril­mə­si, ci­na­yə­­tin cə­za­sız qal­ma­dı­ğı­nın cə­miy­yə­tə çat­dı­rıl­ma­sı müəy­yən mə­na­da şəxs­lə­­ ri ci­na­yət tö­rətmək­dən çə­kin­di­rir.

- Vətən Müharibəsi dönəmin­də Azərbaycan Ordusunun rəşadəti nəticəsində mənfur düşmənlərimiz öz gücsüzlüklə­rini görərək dinc əhaliyə qarşı insanlığa sığmayan cinayət əməllərinə əl atdılar. Bundan əlavə, 30 il işğal altında olan ərazilərimizə külli miqdarda ziyan vurulub. Ermənistanın iş­ğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi və də­yən zərərin qiymətləndirilməsi yönündə Azərbaycan Respubli­ kasının Baş Prokurorluğu tərə­findən hansı işlər görülür?

- Bö­yük zə­fər qa­zan­dı­ğı­mız Və­tən Mü­ha­ri­bə­si döv­rün­də ol­du­ğu ki­mi, Er­mə­nis­ta­nın iş­ğal­çı ma­hiy­yə­ti­nin bey­nəl­xalq müs­tə­vi­də if­şa edil­mə­si üçün pro­ku­ror­luq or­qan­la­rı üzə­rləri­­nə dü­şən və­zi­fə­lə­ri la­yi­qin­cə ye­ri­nə ye­tir­mə­yə ça­lı­şır­lar. Be­lə ki, bey­nəl­­xalq aləm­də Er­mə­nis­ta­nın mə­su­­liy­yə­tə cəlb edil­mə­si­ni tə­min et­mək üçün er­mə­ni tə­ca­vü­zü ilə əla­qə­dar baş­lan­mış ci­na­yət iş­lə­ri üz­rə zəru­ri sü­but­la­rın top­lan­ma­sı, bu tə­ca­vü­zün nə­ti­cə­lə­ri­nin rəs­mi­ləş­di­ril­mə­si da­­vam edir. Ümu­miyyət­lə, qeyd et­mək la­zım­dır ki, bu sa­hə­də iş­lər 2 is­ti­qa­­mət­də gö­rü­lür. Bi­rin­ci is­ti­qa­mət ci­na­­yət tə­qi­bi, ikin­ci is­ti­qa­mət isə ci­na­yət tə­qi­bin­dən kə­nar qay­da­da kom­pen­­sa­si­ya­la­rın ödə­nil­mə­si üçün mü­va­fiq id­diala­rın irə­li sü­rül­mə­si­dir. Ci­na­yət tə­qi­bin­dən kə­nar is­ti­qa­mət da­ha ge­­niş­dir və Er­mənis­tan si­lah­lı bir­ləş­mə­­lə­ri tə­rə­fin­dən fak­ti­ki vu­ru­lan zə­rər­lə ya­na­şı, əl­dən çıx­mış gə­li­ri və digər bu ki­mi mə­sə­lə­lə­ri də əha­tə edir.

2020-ci il sent­yab­rın 27-dən baş­­ la­yan mü­ha­ri­bə­də er­mə­ni tə­ca­vü­zü nə­ti­cə­sin­də dəy­miş zi­ya­nın müəy­yən edil­mə­si is­ti­qa­mə­tin­də da­ğı­dıl­mış və ya zə­də­lən­miş bü­tün ti­ki­li­lə­rə, ob­yekt­lə­rə pro­ku­ror­lu­ğun müs­tən­­ tiq­lə­ri tə­rə­fin­dən ba­xış ke­çi­ri­lir və nə­ti­cə­lə­r mü­va­fiq qay­da­da rəs­mi­ləş­­di­ri­lir. Bu­nun­la ya­na­şı, cə­nab Ali Baş Ko­man­dan İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə mü­zəf­ər Azər­bay­can Or­du­su tə­rə­fin­dən iş­ğal­dan azad edil­miş əra­­zi­lə­rə, ora­da möv­cud ol­muş mə­də­ni, di­ni və di­gər obyekt­lə­rə təh­lü­kə­siz­­ lik təd­bir­lə­ri nə­zə­rə alın­maq­la ba­xış ke­çi­ril­mə­si və mü­va­fiq sü­but­la­rın top­lan­ma­sı da­vam et­di­ri­lir.

Ey­ni za­man­da, Azər­bay­can hərb­­çi­lə­ri­nə qar­şı er­mə­ni si­lah­lı bir­ləş­mə­­lə­ri tə­rə­fin­dən tö­rə­dil­miş cina­yət­lər­lə əla­qə­dar baş­lan­mış ci­na­yət iş­lə­ri üz­rə Azər­bay­can Res­pub­li­ka­sı Hər­bi Pro­ku­ror­lu­ğu tə­rə­fin­dən mü­va­fiq is­­ tin­taq hə­rə­kət­lə­ri hə­ya­ta ke­çi­ri­lir.

Onu da qeyd edim ki, Er­mə­nis­ta­­nın bey­nəl­xalq müs­tə­vi­də mə­su­liy­yə­­tə cəlb edil­mə­si­ni tə­min et­mək üçün di­gər hü­quq-mü­ha­fi­zə or­qan­la­rı, Xa­­ri­ci İş­lər Na­zir­li­yi, o cüm­lə­dən aidiy­­yə­ti qu­rum­larla bir­lik­də mü­va­fiq təd­­bir­lər gö­rü­lür. Er­mə­nis­tan döv­lə­ti­nin, onun və­zi­fə­li şəxs­lə­ri­nin bey­nəlxalq məh­kə­mə­lər­də mə­su­liy­yə­tə cəlb edil­mə­si üçün ki­fa­yət qə­dər tu­tar­lı və mö­tə­bər sü­but­la­rımız möv­cud­dur və he­sab edi­rəm ki, bu mə­sə­lə­də uğur­lu nə­ti­cə­lər əl­də edə­cə­yik.

- Məlum olduğu kimi, cəmiy­yətdə inkişaf edən proseslərlə əlaqədar mövcud qanunverici­likdə bir sıra dəyişikliklərə zə­rurət yaranır. Kamran müəllim, sizin perspektiv planlarınızda hüquq-mühafizə sistemi, xüsu­silə də prokurorluq orqanları ilə bağlı qanunvericilik təşəb­büsünüz nəzərdə tutulurmu?

- İc­ti­mai mü­na­si­bət­lər in­ki­şaf et­dik­cə qa­nun­lar­da də­yi­şik­lik­lər edil­mə­si, on­la­rın tək­mil­ləş­di­ril­məsi, o cüm­lə­dən ye­ni ya­ra­nan ic­ti­mai mü­­na­si­bət­lə­ri tən­zim­lə­mək üçün ye­ni qa­nun­la­rın qə­bu­lu zə­ru­ri olur. Hə­yat di­na­mi­ka­dir, o də­yiş­dik­cə, qa­nun­­lar da hə­ya­ta uy­ğun­laş­ma­lı və ye­ni də­yi­şik­lik­lə­rə, za­ma­nın tə­ləb­lə­ri­nə ca­vab ver­mə­li­dir. Bu­na özü­mü­zün də ya­şa­dı­ğı­mız çox ya­xın ta­ri­xi mi­sal gös­tər­mək olar. Be­lə ki, ko­ro­na­vi­rus pan­de­mi­ya­sı ilə mü­ba­ri­zə sa­hə­sin­də qa­nun­ve­ri­ci­li­yə edi­lən də­yi­şik­lik­lər möv­cud şə­rait­də ya­ra­nan zə­ru­rət­dən irə­li gəl­miş­dir.

La­kin qa­nun­la­rın də­yiş­di­ril­mə­si pro­se­sin­də he­sab edi­rəm ki, diq­qət­­li ol­maq la­zım­dır. Qa­nu­na edi­lən də­yi­şik­lik, ha­be­lə ye­ni qə­bul edi­lən qa­nun möv­cud real­lı­ğa uy­ğun ol­ma­­lı, qə­bul olun­ma məq­sə­di­nə xid­mət et­mək­lə ic­ti­mai mü­na­si­bət­lə­ri düz­­ gün tən­zim­lə­mə­li­dir, bir söz­lə, qa­nun iş­lək ol­ma­lı­dır.

Pro­ku­ror­lu­ğun, o cüm­lə­dən hü­­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın fəaliy­yə­ti ilə əla­qə­dar qa­nun­ve­ri­ci­lik akt­la­rı­na müəy­yən də­yi­şik­lik­lər edil­sə də, bu sa­hə­də gö­rü­lə­si iş­lər möv­cud­dur. Yu­­xa­rı­da qeyd etdi­yim Mil­li Fəaliy­yət Pla­nın­da da qa­nun­ve­ri­ci­lik sa­hə­sin­­də müəy­yən təd­bir­lə­rin gö­rül­mə­si, qa­nun­ve­ri­ci­li­yin tək­mil­ləş­di­ril­mə­si nə­zər­də tu­tu­lur.

Be­lə ki, ci­na­yət iş­lə­ri üz­rə dəy­miş zi­ya­nın bər­pa edil­mə­sin­də mü­hüm rol oy­na­yan və bir sı­ra in­ki­şaf et­miş döv­lət­lər­də tət­biq edi­lən "Məh­kum­­ luq ol­ma­dan əm­lak mü­sa­di­rə­si” ins­ti­tu­tu­nun, kor­rup­si­ya ci­na­yət­lə­ri ilə əla­qə­dar ib­ti­dai araş­dır­ma çər­çi­­və­sin­də "is­tin­taq sa­zi­şi” ins­ti­tu­tu­­ nun tət­bi­qi­nə dair qa­nun­ve­ri­ci­li­yə də­yi­şik­lik­lə­rin edil­mə­si, ci­na­yət yo­lu ilə əl­də olun­muş və xü­su­si mü­sadi­rə ob­yek­ti olan əm­lak­la­rın qiy­mət­lən­di­­ril­mə­si və ida­rə edil­mə­si sa­hə­sin­də qa­nun­ve­ri­ci­li­yin tək­mil­ləş­di­ril­mə­si və Mil­li Fəaliy­yət Pla­nın­da nə­zər­də tu­tu­lan baş­qa bu ki­mi təd­bir­lər həm pro­ku­ror­luq, həm də di­gər hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın fəaliy­yə­ti­nin sə­mə­rə­li­li­yi­nin, ci­na­yət­kar­lı­ğa qar­şı mü­ba­ri­zə­nin sə­viy­yə­si­nin yük­səl­dil­­ mə­si­nə xid­mət gös­tə­rə­cək­dir.

Onu da qeyd edim ki, pro­ku­­ror­luq or­qan­la­rı­nın, elə­cə də di­gər hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın fəaliy­­yə­ti­nin, ha­be­lə məh­kə­mə hü­quq sis­te­mi­nin tək­mil­ləş­di­ril­mə­si üçün zə­ru­rət ya­ran­dı­ğı hal­da Baş pro­ku­ror ki­mi qa­nun­ve­ri­ci­lik tə­şəb­bü­sü hü­qu­­qun­dan is­ti­fa­də et­mə­yi nə­zər­də tu­­tu­ram. Bu­rada da əsas məq­səd qeyd edi­lən sa­hə­lə­rin fəaliy­yə­ti­ni daim in­ki­şaf edən döv­lə­ti­mi­zin tə­ləb­lə­ri­nə uy­ğun­laş­dır­maq­la xal­qa xid­mə­ti ye­ni müs­tə­vi­yə yük­səlt­mək­dir.

Son xəbərlər

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Bütün xəbərlər