Gündəm

Rüstəm Xəlilov Hacıqabulun DİZİNİ BÜKÜB... - İDDİA


MUMtv.az: - 2019-cu ilin dekabr ayının 4-də Dövlət Başçısının imzaladığı sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu təynata qədər R.Xəlilov 64 saylı Sabirabad seçki dairəsindən deputat olub. Atası Gülbaba Xəlilov uzun illər Sabirabad rayon Qaratəpə kəndində kolxoz sədri vəzifəsində işləyib. Həl.ə 2017-ci ildə yerli mediada xəbər yayıldı ki, Rüstəm Xəlilov atasına Sabirabad rayon Nizami kəndində bələdiyyə binasının önündə heykəl qoydurub. Xatırladaq ki, Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub. İlk baxışdan kimlər üçün dövlət binaları önündə heykəl qoyulur, hansı halda buna necə icazə verilir bu bəllidir.


Adətən dövlət qurumlarının binası önündə Ümumilli Liderin Heykəli ucaldılır. Bu dövlətimizin rəsmi protokol qaydasıdır. Lakin seçkili orqan olan yerli özünüidarəetmə qurumlarının binası önündə hansısa sovet dövründə əmək qəhrəmanı olanlara heykəl ucaltmaq izni yoxdur.
Uzun illərdən sonra "fəth edilən" Hacıqabul qalası -
Gundeminfo.az olaraq qeyd edək ki, 2017-ci ildə yerli mediada yayılan informasiyalarda bildirilirdi ki, Gulabba Xəlilovun heykəli elə yerdə ucaldılıb ki, heykəl Vətən uğrunda canından keçən şəhidlərimiz üçün ucaldılmış abidənin önünü kəsir.

Obyektivlik xatirinə qeyd edək ki, Rüstəm Xəlilov yerli mediada yayılan bu informasiyalara aydınlıq gətirən açıqlama da vermişdi. O zaman millət vəkili olan Cənab Xəlilov bildirmişdi ki, heykəl sovet dövründə ucaldılıb və onun ətrafının təmizlənməsinə heç kim məcbur edilmir.

Qayıdaq Rüstəm Xəlilovun deputat olduğu dönəmlərə. Yenə də yerli mediada yer alan informasiyalar bu günə qədər təkzib edilməyib.

İddialara əsasən Xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını öz şəxsi torpaqları kimi işlədirlər. Sabirabadda Xəlilovlar ailəsinin əllərində yüz hektarlarla torpaq sahləri var. Bundan başqa Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarə və alıq satqı ilə min hektarlar ərazidə əldə edilər. Deputatın əldə etdiyi torpaq sahələrində heyvandarlıq təsərrüfatından tutmuş balıqçılıq nohurlarına qədər var.

Gundeminfo.az yerli mediaya istinadən yazır ki, hazırda Hacıqabul rayon icra hakimiyyətinin başçısı işləyən R.Xəlilovun yaxın qohumları böyük biznes imperiyası qura biliblər. Rüstəm Xəlilovun qardaşı oğlu Ağaşirin Xəlilov uzun illər Şirvan şəhər işıq idarəsində müdir işləyib və bir müddət əvvəl işdən çıxarılıb. Hazırda isə Şirvanda "Elit" restoranın sahibidir və oranı işlədir.

Başqa bir qardaşı da vaxt ilə Şirvan Elektrik şəbəkəsində müdir işləyib. Hazırda isə Hacıqabul rayonunda satış müdiri işləyir. Həmin idarənin müdiri də Rüstəm Xəlilovun qardaşı oğlu Mehman Xəlilovdur. O, Mehman Xəlilov ki, əmisinə güvəndiyindən, Hacıqabulda heç kəslə hesablaşmır.

Sabirabadda hər kəs bilir ki, Xəlilovların əlldə etdikləri bütün kapitala deputat Rüstəm Xəlilov şəxsn özü rəhbərlik edir.
Bundan əlavə, deputatın Bakıda, Şirvanda və bir neçə yerdə göz oxşayan villaları var.

Bəs o zaman Rüstəm Xəlilovun 2 ildir başçılıq etdiyi Hacıqabuldakı sosial-iqtisadi göstəricilər necədir? Rayonda məhz İcra Hakimiyyətinin təşəbbüsü ilə hansı nəaliyyətlər qazanılıb? Hacıqabul şəhərində abadlıq, təmir-tikinti işləri, məktəbəqədər təhsil müəssisələrində hansı yeniliklər edilib? Bütün bu suallara da elə son iki il üzrə rayon haqqında bir neçə mənbədən verilən rəsmi informasiyalara əsasən apardığımız araşdırmalar nəticəsini sizlərə təqdim edəcəyik. //Gundeminfo.az//

Son xəbərlər

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Bütün xəbərlər