Gündəm

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir
Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir

Qarabağda olan faydalı qazıntıların Azərbaycan iqtisadiyyatında böyük rolu olacaq

Azərbaycanın yeraltı və yerüstü təbii sərvətləri olduqca zəngindir. Artıq 30 ilə yaxındır ki, torpaqlarımızın 20%-i işğal altında idi. Ümumilikdə, işğal olunmuş torpaqlarda 160 müxtəlif qiymətli metal yatağı var. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. Yeraltı ehtiyatlar içərisində qızıl yataqları mühüm əhəmiyyət kəsb edir.
Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, “Azərkosmos” ASC-nin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub.
Qarabağ ərazisində yerləşən Kiçik Qafqaz dağları tək qızıl yataqları ilə deyil, bir çox faydalı qazıntılarla, təbii ehtiyatlarla zəngindir və bunun zənginliyinin Azərbaycan iqtisadiyyatında xüsusi rolu ola bilər.
Qarabağda olan faydalı qazıntıların Azərbaycan iqtisadiyyatında öz böyük rolu olacaq. Bir çox yataqlar var ki, onların gələcəkdə istismarı Azərbaycanın iqtisadiyyatına daha böyük töhfələr verəcək. Bu yataqlardan biri Zəngilan rayonundakı Vejnəli qızıl yatağıdır. Bundan əlavə, Kəlbəcərdəki Zod qızıl yatağını və Ağdərədəki Qızılbulaq qızıl yataqlarını misal gətirmək olar. Bundan əlavə, Qarabağda bir çox təbii ehtiyatlar var, hansılar ki, tikinti və digər sahələrdə istifadəyə yararlıdır.

Nailə Əliyeva- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri



Ermənilər Laçını tərk edərkən vandallıq törədiblər

Düşmənlərimiz əsrlər boyu bizə, torpaqlarımıza, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı son günlər bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçında da oranı tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Məlumat üçün bildirək ki, bir neçə gün öncə Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı.
Yeri gəlmişkən, Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğalı dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru





Laçın AXC-“Müsavat” cütlüyünün hakimiyyət
uğrunda mübarizəsinin qurbanı oldu

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də AXC-Müsavat cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra – mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. AXC-Müsavat cütlüyünün hakimiyyəti isə Laçını nəinki işğaldan azad edə bilmədi, əksinə digər torpaqlarımız da erməni işğalına məruz qaldı. Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı

44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun, 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan rəşadətli Azərbaycan Ordusunun uğurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması Qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi “unudulan” qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. Prezident İlham Əliyev məlum nitqində bu məqamlara xüsusi diqqət yönəldir.
Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımlara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki otuz il ərzində ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Azərbaycan xalqı öz torpaqlarını müharibə yolu ilə azad edə bilməz. Azərbaycan Ordusu tarixi Qələbə ilə bu mifləri darmadağın etdi. Yenilməz erməni ordusu yalnız ermənilərin xəyallarında reallaşa bilər. 44 günlük Vətən müharibəsində erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü. Həmin hərbi texnika, silah-sursat tarixi Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradında nümayiş etdirilməklə yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə nümayiş etdirilir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri



Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri bir çox aspektlərdən xüsusi önəm daşıyırdı. Səfər Müzəffər Ali Baş Komandanımızın həm işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, Böyük Qayıdışın təmin olunması, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair və digər bir sıra məsələlərdə Azərbaycanın qətiyyətli mövqeyinin ifadə olunması, həm də erməni vandalizminin, Ermənistanın və onun təxribatçı hərəkətlərə rəvac verən fəaliyyətinin ifşası, Zəngəzur dəhlizinin reallaşdırılması və digər məsələlərlə əlaqədar verilən konkret və açıq mesajlarla yadda qaldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri tarixi əhəmiyyəti, riskli olmağı ilə yanaşı dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi: Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq.
Səfərdə olarkən Prezident İlham Əliyev ermənilərin vəhşiliklərinə toxunaraq onların bütün şəhərlərimizi dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə o cümlədən, Kəlbəcərdə törətdiklərinə görə ermənilərin cavab verəcəklərini xüsusi vurğuladı. Dövlət başçısının Kəlbəcər və Laçına səfəri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması vəzifəsinin strateji prioritetlər sırasında olduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqlədi. Xüsusi qeyd etmək gərəkdir ki, azad edilmiş ərazilərdə quruculuq işlərini əsasən Azərbaycan şirkətləri aparır. Ölkəmizlə bərabər böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər. Kəlbəcər rayonunun bərpası, yenidən qurulması da bu prosesin mühüm tərkib hissəsidir. Hazırda Kəlbəcər rayonunun elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün mühüm addımlar atılır. Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolunun inşa olunması, “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq üçün görülən işlər və digər tədbirlər Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir. Bu səfərlər eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru





Ölkə başçımızın səsləndirdiyi hər fikir sadəcə Ermənistana deyil, ona hələ də havadarlıq edən dairələrə ünvanlanmış mesajlar idi

Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. Eyni zamanda, reallaşdırılan hər səfər Azərbaycan xalqının torpaq sevdasının, onu yenidən qurub-yaradaraq tezliklə oralara dönmə istəyinin elə ölkənin birinci şəxsindən başlayaraq nə qədər dərin olduğundan xəbər verir. Hər bir səfərdə ölkə Prezidenti mütləq şəkildə geniş tarixi çıxış edir, nitq söyləyir, xəbərdarlıqlarını çatdırır, mesajlarını ötürür. Bu dəfə də istisna təşkil etmədi. Ölkə Prezidenti yenə geniş və dərin məzmunlu çıxış etdi, yenə də hər kəsə yetəcək cavablar verdi, mesajlar ötürdü.
Son günlər Ermənistan tərəfindən mövqelərimizin sıxlıqla atəşə tutulması fonunda avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti sərhəd infrastrukturu və hərbi hissələr yaradır, yəni biz sərhədlərdə möhkəmlənirik. Azərbaycan-Ermənistan sərhədində söz sahibi olan da Azərbaycandır, yəni nə Ermənistandır, nə də başqa bir dövlət. Düşünürəm ki, ölkə başçımızın səsləndirdiyi hər fikir sadəcə Ermənistana deyil, ona hələ də havadarlıq edən dairələrə ünvanlanmış mesajlar idi. Azərbaycan bütün region ölkələrindən bölgədə sülhün bərqərar olması üçün səylərini daha da artırmasını gözləyir. Ölkə başçımızın işğaldan azad olunan ərazilərə səfəri sadəcə yerli mətbuatın deyil, xarici medianın da diqqət mərkəzində olur. Ona görə səfər ermənilərin Kəlbəcəri tərk edərkən binaları, su elektrik stansiyalarını, bütün infrastrukturu dağıtması, erməni vəhşiliyinin əyani şəkildə dünya ictimaiyyəti tərəfindən görülməsi baxımından da önəmlidir. Nəzərə alsaq ki, Azərbaycana məxsus qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilirdi, o zaman ölkə başçımızın da qeyd etdiyi kimi qanunsuz fəaliyyətdə əlləri olan hər kəs ya Azərbaycana təzminat ödəyəcəklər, ya da beynəlxalq məhkəmələr önündə cavab verəcəklər. Azərbaycan necə ki, sona qədər getdi, harada durmaq lazım olduğunu bilərək, Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar etdi, indi də dövlətimiz başlatdığı işi sona çatdıracaq. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçın Beynəlxalq Hava Limanının, Murovdağında tunelin təməlini qoyması, yəni bu qədər geniş və maliyyə tutumlu işlərin başladılması və qısa zaman kəsiyində yekunlaşaraq, insanlarımızın öz doğma yurdlarına geri dönməsi əsas hədəfimizdir. Necə ki, işlər sürətlə gedir, tarixi toponimlərimiz də bərpa edilməlidir. Ölkə başçımız bunun əhəmiyyətini də dilə gətirərək bildirdi ki, “Vardenis” yox, Basarkeçər, “Yerasx” deyil, Arazdəyən istifadə olunmalı və bölgələrimizin adları əsl tarixi adları ilə çağırılmalıdır. Qarabağ da, Şərqi Zəngəzur Azərbaycandır! Azərbaycan isə öz mövqeyində prinsipialdır”.

Şahnaz Mustafayeva-Tarix-diyarşünaslıq muzeyinin direktoru



İşğaldan azad olunmuş ərazilər sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevrilir

Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər etməsi, Kəlbəcər rayonunda Azərbaycan bayrağını yüksəltməsi bir daha işğaldan azad olunmuş ərazilərimizin ən qısa müddətdə yenidən qurulacağına əminlik yaratdı. Bu səfər həmçinin mühüm siyasi mesaj, tarixi hadisədir. Çünki dövlətimizin başçısı səfər zamanı çıxışlarında tarixi faktları səsləndirməklə bərabər, yaxın gələcəkdə görüləcək işlər haqqında da ilkin məlumatlar vermiş oldu.
Müzəffər Ali Baş Komandanımızın bəhs olunan səfəri ictimai-siyasi və tarixi yaddaşımızın yenilənməsi baxımından da olduqca əlamətdardır. Torpaqlarımızın işğal altına düşməsini xalqımızın böyük faciəsi, azad edilməsini isə tarixi hadisə kimi səciyyələndirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar həm tarixi faktlara daha geniş rakursdan nəzər salmağa və onlardan nəticə çıxararaq bu əsasda müasir reallıqları dəyərləndirməyə, həm də bu kontekstdə gələcək yol xəritəsini müəyyənləşdirməyə imkan verir.
Səfər çərçivəsində cənab Prezidentin Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Su Elektrik Stansiyası ilə tanış olması, Kəlbəcər yarımstansiyasının açılışında iştirak etməsi, Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha böyük quruculuq işlərinin sürətlə davam etməsi kimi qiymətləndirilməlidir. Bu gün azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir, bütün şəhərlərin infrastrukturu tamamilə bərpa olunur.
Laçına səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması sonrakı mərhələdə bölgənin inkişafı, turizm infrastrukturunun yaradılması, həm sərnişin, həm də yükdaşıma, eləcə də beynəlxalq uçuşlar üçün müstəsna əhəmiyyət kəsb edəcək. Hava limanının olması ölkəmizin müxtəlif bölgələrindən Laçına səyahət etmək istəyənlərin rahatlığını da təmin edəcək.
Bu gün işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirən Prezident İlham Əliyevin növbəti səfəri digər işğaldan azad olunmuş ərazilər kimi Laçın və Kəlbəcər rayonlarının, kəndlərinin də, bütün yaşayış yerlərinin də tezliklə bərpa olunacağına bir daha əminlik yaradır. Ümumiyyətlə, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal



AXC – Müsavat cütlüyünün oynadığı mənfi rol

Müstəqilliyimizdən öncə ölkəmiz uçurumlardan döndü. 90-cı illərdə ölkədə baş verən siyasi problemlər, daxili çəkişmələr səbəbindən Azərbaycan getdikcə zəifləyirdi. Ölkə artıq bir çox şəhərlərini itirmiş, tamamilə dağılmaq üzrə idi. Ordu o qədər zəifləmişdi ki, sanki bilərək zəiflədilmişdi. Düşünürəm ki, elə məqsəd də bundan ibarət idi. Xüsusilə də, Şuşa və Laçının işğal olunmasının səbəbkarları AXC – Müsavat cütlüyüdür. Onlar nəyin bahasına olursa olsun hakimiyyəti zəbt etməyə çalışır və bu amilin olması Kəlbəcərin işğalını şərtləndirdi. AXC – Müsavat cütlüyü xəyanətkar, satqın hakimiyyətini həyata keçirirdi. Torpaqlarımızın işğal altına düşdüyü bu dövrlərdə onlar ancaq öz mənafeyini düşünürdülər.
İndi isə 44 günlük qazandığımız qələbəyə kölgə salmağa çalışanlar, unudurlar ki, şəhidlərimizin qanı bahasına işğaldan azad etdiyimiz torpaqlar 29 il əvvəl onların ucbatından işğal olunmuşdu. AXC – Müsavat hakimiyyəti və onun başında duranlar satqın, qorxaq və xaindirlər. Bu həqiqəti unutmaq olmaz. Qələbəmizə kölgə salanlar bu hakimiyyətdən və xalqın sevgisindən bir zərrə də olsun pay ala bilməyəcəklər.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri



Qələbə sözü indi bizim üçün əlçatan və əvəzedilməzdir

Biz illər sonra kimsənin edə bilmədiyini edərək, düşmənin başını əzdik – işğal altında olan torpaqlarımızı azad etdik. Prezident İlham Əliyevin rəhbərliyi, xalqın əzmi və şəhidlərimizin qanı bahasına düşmən üzərində qələbə çaldıq. Qələbə sözü indi bizim üçün əlçatan və əvəzedilməzdir. Bu qələbə dərsliklərdə çatdırılacaq. Və biz qalib gəlsək belə keçmişimizi unutmayaraq, erməni vəhşiliklərini də unutdurmamalıyıq. Şəhidlərimizin xatirəsi əziz tutulmalı, xalqın bir yumruq kimi mübarizəsi əsərlərdə, kitablarda, dərsliklərdə və mediada yayımlanmalıdır. Gələcək nəsillər də keçmişimizi bilməli və bugünkü qələbəmizi oxuyaraq yaşamalıdır.
Türkiyədə indiyədək vaxtilə Osmanlı dövlətinin tərkibində olmuş ərazilərin yalnız türkcə adlarından istifadə olunur. Bizim media və ya KİV-lərdə isə bu məsələyə həssaslıq göstərilmir, tarixi torpaqlarımızın adları erməni, rus, gürcü və ya erməni toponomları ilə verilir. Bu məqamlara cavab olaraq cənab prezidentimiz İlham Əliyevin etirazını çatdırıram: – “İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir.”

Bəhruz Mustafayev-Vətən müharibəsi iştirakçısı



AXCP-Müsavat tandemi hakimiyyətdə

Birinci dünya müharibəsindən sonra monarxiya idarə üsulu olan ölkələri bürüyən böhran çar rusiyasında yan keçmədi. Rusiyada inqilab nəticəsində qurulan sovet hakimiyyəti qonşu ölkələri o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətini də işğal etdi. 70 il mövcud olan sovet hakimiyyəti 1991-ci ildə dağıldı. Bunu nəticəsində Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyində səriştəsiz insanların gəlməsi daxildə özünü siyasi qüvvə hesab edən Xalq Cəbhəsi partiyası və onun yandaşları hakimiyyətlə razılaşmayaraq qanunsuz silahlı dəstələr yaradaraq hakimiyyət uğrunda mübarizəyə başladılar. Bu fürsətdən istifadə edən ermənilər isə ardıcıl olaraq Şərqi Zəngəzurda və Qarabağda ərazisində olan şəhər və kəndlərimizi talan edərək işğal edirdilər. Belə bir xarici təhlükənin olmasına baxmayaraq daxildəki yarıtmaz hakimiyyət və pozucu qüvvələr olan AXCP-Müsavat cütlüyü birləşərək 1992-ci ilin mayında Şuşa şəhərini və Laçın rayonunu düşmən qarşısında müdafiəsiz qoyaraq paytaxt Bakı şəhərində kreslo uğrunda mübarizə aparırdılar. Bu gün populist çıxışları ilə cəmiyyəti çaşdırmağa çalışan AXC-Müsavat cütlüyü hakimiyyət sevdaları uğruna Şuşa və Laçın kimi cənnət guşələrimizi düşmənə verdilər. Artıq xalq belə yarıtmaz, pozucu qüvvələri çox yaxşı tanıyır və onları birdəfəlik tarixin qaranlıq arxivinə göndərmişdir.

Veysəl Sadıqov-Şəftəhal kənd sakini, ağsaqqal



AXC-Müsavat cütlüyünün antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi

Bu günlərdə Kəlbəcərdə, Laçında olan Prezidentimiz cənab İlham Əliyev vaxtilə Qarabağın dilbər güşələrini ermənilərə satanların xəyanətlərini xatırladaraq Kəlbəcərin azad edilməsini tarixi hadisə adlandırdı: «Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi.»
AXC-Müsavat iqtidarı dövründə Azərbaycanda yaranan ictimai-siyasi, hadisələrin gərginliyini unutmayanlar yaxşı xatırlayırlar ki, ölkədəki hakimiyyət böhranından istifadə edən AXC-Müsavat cütlüyünün kreslo uğrundakı hiylələri xalqa müsibətlər gətirdi. Qanunsuz yollarla, hərbi çevriliş etməklə hakimiyyətə gələn iqtidarsızlar Şuşa və Laçını ermənilərə təhvil verdilər. AXC-Müsavat cütlüyünün növbəti xəyanətinin, satqınlığının nəticəsi olan Kəlbəcərin işğalı ilə yerli əhali qırğına məruz qaldı. Hakimiyyətə sahiblənməklə çirkin məqsədlərinə çatan AXC-Müsavat cütlüyü isə ermənilər tərəfindən öldürülən günahsız insanların harayına səs vermədi. Təxminən bir ilə yaxın hakimiyyətdə olduqları müddətdə torpaqlarımızı ermənilərə təhvil verənlərin bu gün işğaldan azad olunan Kəlbəcərin xoş gününə sevinməmələri təbiidir. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi.

Abuzər Xəlilov-Aşağı Seyidlər kənd sakini, ağsaqqal

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər